Üç ölkə Ukraynaya 150 milyon avro göndərdi

Ukrayna hərbi sənayenin maliyyələşdirilməsi üçün Danimarka, Litva və Fransadan 150 milyon avro alıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, Danimarka Kiyevə 111 milyon, Fransa 29 milyon, Litva isə 10 milyon avro ayırıb:

“Göstərilən vəsait, xüsusən, raketlərin, “deepstrike-dron”ların (dərin zərbə) və artilleriya qurğularının istehsalına sərf olunacaq”, - deyə bildirilib.