Təlim təyyarəsi təcili eniş edib

Təlim təyyarəsi Dənizlinin Çal rayonunda məcburi eniş edib. Pilot müşahidə üçün xəstəxanaya aparılıb.

Sherg.az xəbər verir ki, İspartadakı özəl aviasiya akademiyasına məxsus təlim təyyarəsi İspartadan havaya qalxdıqdan sonra Uşaka gedib. Uşakdan Dənizli Çardak Hava Limanına uçan təyyarə Çal rayonunun İsabeyli məhəlləsində Ali Çeşmesi məntəqəsində məcburi eniş edib.

Xəbər üzərinə bölgəyə sağlamlıq, xilasetmə, jandarma və AFAD qruplar gəlib.

Dənizli Qubernatorluğunun açıqlamsında hadisə ilə bağlı aşağıdakı məlumatlar yer alıb:

"Bu gün səhər Uşakdan havaya qalxan mülki təlim təyyarəsi Çardak Hava Limanına gedərkən Çal rayonunda Ali Çeşmesi ərazisində düzənliyə məcburi eniş edib. Məcburi eniş zamanı təyyarə tərs çevrilib. Pilot tibbi qruplarımız tərəfindən müşahidə üçün xəstəxanaya göndərilib".

Sahəyə məcburi eniş edən təyyarənin pilotunun 19 yaşlı Şükrü Yiğit Devebacak olduğu öyrənilib və pilotun mühərrik nasazlığı səbəbindən məcburi eniş etdiyi qiymətləndirilir.

Təyyarənin aid olduğu şirkət bölgəyə texniki qrup göndərib. Komandanın işindən sonra təyyarə meydançadan çıxarılacaq.