İran Türkiyənin ayağına dolaşmaq, təkərinə çomaq soxmaq istəyir - ŞƏRH

"Ərdəbilin baş mollası Həsən Amulinin Ərdəbildə təşkil etdiyi "Çaldıran şəhidləri" adlı tədbirində Azərbaycan və Türkiyə əleyhinə şər-böhtan, qərəz və nifrət dolu sözlər söylənilib, hər iki dövlətin ünvanına iftiralar səsləndirilib".
Sherg.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Tural İrfan deyib. Onun sözlərinə görə, İran dövlət televiziyası ilə canlı yayımlanan tədbirdə həddini aşan radikal və yarımhərbi "Bəsic" qruplaşmasının təmsilçiləri Azərbaycan və Türkiyə dövlət başçılarını təhqir etməklə yanaşı Azərbaycanı "heyvanxana" adlandırıraraq oraya hücum edəcəklərini dilə gətiriblər:

""Bəsic" üzvü Azərbaycan və Türkiyə prezidentləri haqqında həyasızcasına nalayiq ifadələr işlədərək deyib: "İndi küfr cəbhəsi, habelə Ərdoğan və İlham Əliyev "Müqavimət Cəbhəsi"nin qarşısında dayanıblar, amma İnşallah biz Bakıya, Naxçıvana, Lənkərana, Şirvana bayraq sancacağıq". Qeyd edək ki, İranda başına qara əmmamə sarıyıb özünü seyid adlandıran şəxslərin çoxu Hindistan erməniləri ilə Sasanilər imperiyası çökəndə müsəlman olmamaq üçün Hindistana, Livan və Suriya dağlarına qaçan məcusi farsların qarışığından törəyənlərdir. İndiki İranın qurucusu Xomeyni də əslən Hindistanlıdır". 


T. İrfan qeyd edir ki, Livan, Suriya tərəflərə qaçanlar orada İslamı və müsəlmanları içəridən parçalamaq üçün fars şüubiyyə təşkilatının qollarını yaratdılar, beləliklə Əhli Beyti, İmamları ideoloji - siyasi hədəflərinə çatmaq üçün qalxana, sipərə çevirdilər. İraqda Büveyhilər, Bəhreyndə Qərmətilər, indiki İran ərazisində Həşşaşilər, Misirdə Fatimilər adlı rejimlər yaradıb müsəlmanlar arasında nifaq, ixtilaf salaraq bir çox terror həyata keçirdilər:
"Qərmətilər Məkkədə müsəlmanları qırıb Zəmzəm quyusuna tökdülər, Qara Daşı sındırıb təhqir etdilər. Həşşaşilər Hindistandan xaşxaş, həşiş gətirib plantasiyalar salaraq gənclərə verib terrorçu yetişdirdilər. Bir çox türk sultan və vəzirlərini terror etdilər. Fatimilər Qüdsü səlibçilərə rəsmən satdı, Səlahəddin Əyyubi sonra geri qaytardı...
"Amul" və ya "Cəbəl Amul" Livanda bir dağlıq ərazidir. Ərdəbilin bu İmam - cüməsi Amulinin babalarını da Səfəvilər zamanı Livandan gətiriblər ki, Osmanlı və başqa müsəlman dövlətlər əleyhinə daha radikal tutumlu dövlət ideologiyasının siyasi, hüquqi əsaslarını yaratsınlar. Çünki Səfəvilərin babalarının təriqəti mötədil təsəvvüf təriqəti idi və onun hüquqi əsasları, fiqhi yox idi. Məsələn, o təriqətin baş kəsmək, adamı diri-diri yemək, qəfəsə salıb diri - diri yandırmaq (sonralar Şiraz hakimini belə etmişdilər), qəbir açıb sümük odlamaq, başqa türkün başını kəsib qafa tasında şərab içmək üçün fətva verməyə şəriət əsasları mövcud deyildi. Beləliklə Cəbəl Amuldan, Kufədən, Suriyadan minlərlə "alim" ailəsi yeni qurulan Səfəvi dövlətinə təşrif buyurdu və Əhli Beyt İmamları adına çoxsaylı hədislər uydurub dövlətin hüquqi, siyasi ideologiyasını müəyyən etdilər. Məsələn, Səfəvilər zamanda yaşamış fars əsilli Əllamə Məclisi adlı şəxs 114 cildlik böyük bir hədis məcmusu yazdı ki, bu gün də İran dövlətinin ideoloji əsaslarının bünövrəsini təşkil edən mənbələrdən biridir".

Siyasi şərhçi bildirir ki, Səfəvi - Osmanlı mövzusu bunlar üçün həmişə qızışdırıcı nöqtə olub. Bu savaşın özünə də rəhbərliyi vaxtilə Səfəvilərin içindəki radikal ideoloqlar təhrik etmişdi. Çünki Osmanlı ilə Səfəvilərin yaxınlaşa biləcəyi, iki türkün birləşmə ehtimalı onları narahat edirdi və ona görə də elə bir yara vurulmalı idi ki, həmişə qaşınanda qan çıxsın. (Bu ideologiyada olanlar sonralar Nadir şahı da şəhid edəcəkdilər). Fars ideoloqlarına görə həmin savaşda uduzulması daha çox məqsədə uyğun idi. Çünki qalib gəlinsəydi, Osmanlı bunu o qədər də şişirtməyə bilərdi. Amma bu farslara lazım idi ki, məğlubiyyət yanğısını barışmaz məzhəbçilik libasında əldə şüar edib gələcəyə daşısınlar ki, bu gün Amuli kimi nəvələri istifadə edə bilsin:
"Bu günki fars şüubiyyə rejiminin əsas hədəfi İslamı içindən məhv edərək müsəlman dünyasını dağıtmaq, Sasani imperiyasının əvvəlcə ideoloji, sonra da coğrafi sərhədlərini bərpa etməkdir. Hətta İstanbulun işğalını belə nəzərdə tutan konsepsiyaları var.
Bu ideoloji xətt ilə razılaşmayan ayətullahlar, Ayətullah Burqui, Ayətullah Məhəmməd Kazım Şəriətmədari, Ayətullah Hüseynəli Müntəziri kimi inqilab öndərləri inqilabın ilk illərindəcə sıradan çıxarıldılar. Baxmayaraq ki, Hüseynəli Müntəziri Xomeyninin varisi idi, ondan sonra lider o olmalı idi. Hər yerdə şəkilləri Xomeyninin şəklinin yanından asılıdı. Bunların ideoloji xəttinə müxalif olan fars əsilli, İmam Rzanın həqiqi nəslindən olan Əllamə Burqui terrora məruz qaldı, Hüseynəli Müntəziri tamamilə sıradan çıxarılaraq, Təbriz əsilli Ayətullah Şəriətmədari isə işgəncələrə məruz qalaraq ev dustağı edildi, xərçəng xəstəliyinə tutuldu və müalicəyə qadağa qoyularaq evində öldürüldü. İraqdakı Azərbaycan əsilli böyük Ayətullah, Əbuqasim Xoyi də indiki rejimə müxalif mövqe tutduğuna görə İran rejimi dini, ideoloji mərkəzin Nəcəfdən Quma köçürülməsinə qərar verdi".

T, İrfan vurğulayır ki, hazırda fars mollalarının əsas ideya müəlliflərinin əsla İslamla, Quranla əlaqələri yoxdur. Allah da, müsəlmanlar da şahiddir ki, onlar heç Quranı üzündən, təcvidlə oxuya bilmirlər:

"Həmişə özləri pərdə arxasında durub qabağa, önə təsir altına saldıqları, Azərbaycanlı, Türk kimi qələmə verdikləri yaxud başına qara bağlayıb seyid kimi təqdim etdikləri şəxsləri veriblər ki, müsəlmanları aldada bilsinlər.
Vaxtilə şüubiyyə farslarının uydurduqları mənbələr əsasında, özləri yaratdığı saxta tarix əsasında müsəlmanların ortaq dəyərlərini söymək, Peyğəmbərin arvadlarını, qayınatalarını təhqir etmək, səhabələri lənətləmək, Quranı təhrif etmək onların etiqad əsaslarını təşkil edir. Türk millətinin müəyyən hissəsini də öz cərəyanlarının mənsubu olmağa məcbur edərək bu gün iki türkü məzhəb fitnəsi ilə üz - üzə qoymağa nail olublar. Fars ideoloqlar Qumda isti otaqda oturub meydandakı sünni - şiə ixtilafına tamaşa edirlər sulu qalyanda həşiş çəkə-çəkə. Həşşaşilərin, Qərmətilərin eynisini bu gün İran Yəmən, Suriya və Livanda, İraqda yaradıb. Hazırda Suriyada Ələviləri, Nüseyriləri yenə də müsəlmanların ortaq maraqlarına qarşı ayaqlandırır.
Məqsəd İslamı din olaraq içindən məhv edərək müsəlmanları parçalamaq, Sasani imperiyasını bərpa etməkdir. Bunun üçün də ilkin maneə olaraq Türkiyəni və ona yaxın dövlətləri görür".
Köhnə yaraları qaşımaqla, tarixin ixtilaflı nöqtələrini qabartmaqla açıq şəkildə İslamı hədəfə alırlar. Kafirlərə qarşı olan Bədr, Uhud, Xəndək savaşlarını deyil, iki müsəlmanın qanı tökülən Cəməl, Süffeyn savaşlarını gündəmdə saxlayan İran iki müsəlman cəbhəsini yenidən üz - üz qoyur. O cümlədən Çaldıran savaşını gündəmə gətirib yenidən Osmanlı - Səfəvi savaşı yaratmağa cəhd edir. Nədən ki, Türkiyə qüdrətə çatıb və daha böyük nailiyyətlər əldə edə bilməsin. Necə ki, vaxtilə Səfəvi savaşları Osmanlının Avropanın da neytrallaşdırılmasına ciddi maneə yaradıb başlarını qatmışdı.
İndi İran bunu yada salaraq demək istəyir ki, Osmanlı varisi olan Türkiyənin yenə də ayağına dolaşmaq, təkərinə çomaq soxmaq lazımdır. Bunun üçün də fitnə, fəsad, şər - böhtan, nifrət, kin, hikkə nümayiş etdirərək Allaha savaş açıblar.
Lakin bu mənfur niyyətdə olanlar, Sasanilər məğlub olduğu kimi yenə də məğlub olacaqlar. Özü də çox acınacaqlı. Sasaniləri tarimar edən Xalid bin Vəlidin məzarı, Fatimilərin erməni vəzirinin səlibçilərə satmış olduğu Qüdsü azad edən Səlahəddin Əyyubinin məzarı Suriyada azad edilib deyə fars rejimi gecələr yata bilmir. Bəzi təsirə düşən soydaşlarımızın fars həşişinin təsirindən ayılmaq zamanı gəlib artıq".