Surinam prezidenti Azərbaycanın dövlət başçısına başsağlığı verib

Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.

Sherg.az-ın ın xəbərinə görə, başsağlığında deyilir:

“Dekabrın 25-də çox sayda insanın həlak olduğu və yaralandığı faciəvi təyyarə qəzası ilə bağlı xəbər bizi dərindən kədərləndirdi.

Surinam Respublikasının hökuməti və xalqı adından Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.

Düşüncələrimiz və dualarımız yaxınlarını itirmiş ailələrin yanındadır. Ümid edirik ki, xəsarət alan sərnişinlər tezliklə və tam sağalacaqlar.

Bu ağrılı-acılı günlərdə Uca Allahdan Sizə və xalqınıza səbir diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.