İsrail Ordusu Livanda "Hizbullah"ın raket sistemlərinə zərbə endirib

İsrailin Hərbi Hava Qüvvələri Livanın cənubunda "Hizbullah"ın raket buraxılış sistemlərinə hücum edib.

"Report"un məlumatına görə, bu barədə ordunun Mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, hücuma “Hizbullah”ın hərbi obyektlərindən birində yerləşən, yeri açıqlanmayan orta mənzilli raketlərin buraxılışı üçün qurğuları məruz qalıb. Növbəti zərbə Livanın cənubundakı Nabatiyyə şəhəri ərazisində birləşmələrin başqa hərbi obyektinin yaxınlığında yerləşən reaktiv yaylım atəşi sistemlərinə endirilib.

Qeyd olunur ki, zərbədən əvvəl İsrail və Livan arasında razılaşmaların yerinə yetirilməsini təmin etmək üçün Livanın Silahlı Qüvvələrinə İsrail vətəndaşları və Ordusunun şəxsi heyəti üçün təhlükə yaradan buraxılış qurğularının çıxarılması tələb edilib.