Türkiyə sürətlə güclənir: İrəvan əlaltıdır - Karapetyan

Ermənistan Paşinyanın əli ilə müxtəlif güc mərkəzlərinin əlaltısına çevrilir.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Anna Karapetyan deyib.

O bildirib ki, Ermənistan güc mərkəzi olan vektoru daim dəyişir:

“Bütün bunlara görə Türkiyənin güclənməsi kontekstində təhlükələr Ermənistan üçün gündən-günə artır və bu gün hər hansı optimist proqnoz vermək çox çətindir”.

Onun fikrincə, 2025-ci ildə Ermənistan suverenliyini belə itirə bilər.