ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Vaşinqtondakı soyuq hava şəraiti səbəbindən andiçmə mərasiminin keçirilmə yerini dəyişib.
Trend xəbər verir ki, yanvarın 20-də nəzərdə tutulan andiçmə nitqi və mərasimi açıq məkandan Kapitol Rotundasına keçirilib.
“Bu təhlükəli şəraitdə heç kimin xəsarət almasını istəmirəm. Bu, xüsusilə bizim böyük televiziya tamaşaçılarımız üçün gözəl və təhlükəsiz bir hadisə olacaq!” – deyə Tramp Truth sosial şəbəkəsində qeyd edib.
Proqnozlara əsasən, yanvarın 20-də Vaşinqtonda temperaturun -12 dərəcəyə qədər enməsi gözlənilir.
Açılış mərasiminin bir hissəsi, o cümlədən parad, Capital One Arenadan canlı yayımlanacaq. Tramp andiçmədən sonra arenadakı insanlara qoşulacağına söz verib. Yanvarın 19-da keçiriləcək mitinq və 20 yanvarda baş tutacaq üç bal mərasimi isə planlaşdırıldığı kimi davam edəcək.