Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa olunacaq.
Sherg.az-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, 2012-ci ildən Azərbaycanın Suriyada heç bir diplomatik təmsilçiliyi olmayıb, səfirlik fəaliyyətini dayandırıb.
Onun sözlərinə görə, hazırda səfirliyin fəaliyyətinin bərpa olunması üçün müvafiq addımlar atılır: “Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə nümayəndə heyətimiz Suriyada oldu, görüşlər keçirildi. Biz istənilən növ fəaliyyətin həyata keçirilməsi, diplomatik təmsilçiliyimizin fəaliyyətinin bərpasında marağımızı ortaya qoyduq. Azərbaycanın Suriyada səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək, ilk mərhələdə müvəqqəti işlər vəkili təyin olunacaq”.