Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, seçki zamanı biokameralar fəaliyyət göstərəcək.
"Xarici müşahidəçilərlə bağlı müraciət qeydə alınmayıb", - MSK sədri vurğulayıb.