Bu il işğaldan azad olunmuş ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, artıq növbəti illərdən bələdiyyə seçkiləri də bütöv Azərbaycan ərazisində keçiriləcək.
Qeyd edək ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.