Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya ilə danışıqlara qoyulan qadağa Ukraynada separatizmi dayandırıb.
APA xəbər verir ki, bu barədə “Interfaks-Ukrayna” məlumat yayıb.
“Sadəcə olaraq ölkəmizdə separatizm dayandırıldı. Müharibə boyu mən Ukraynada hamıya, istənilən siyasi xadimə Rusiya tərəfi ilə, Putinin tərəfdarları ilə hər hansı danışıqlar aparmağı qadağan etmişəm”, - Zelenski qeyd edib.