İllərlə CHP-də siyasətlə məşğul olan, prezidentliyə namizəd olan, lakin sonradan partiyasından istefa verərək Vətən Partiyasını quran İncə yenidən CHP-yə qayıdır.
Sherg.az xəbər verir ki, CHP sədri olduqdan sonra Özgür Özəl “ata evinə qayıt” çağırışı edirdi. Bu çağırışa cavab olaraq İncə CHP-yə qayıtmaq istədiyini bildirib.
Özəl və İnce arasında iki görüş baş tutub. Özəlin İncənin geri dönməsinə müsbət yanaşdığı, lakin bu məsələ ilə bağlı son qərarı CHP-nin Mərkəzi İdarə Heyətinin verəcəyi iddia edilib.
İncə CHP-dən xaric edilməyib. Özü istefa verən İncə partiyaya üzv olmaq üçün müraciət etməlidir.