Sülh sazişinin imzalanma tarixi və yeri aydınlaşmalıdır - Rubinyan

Ermənistan Azərbaycana sülh sazişinin mətninin imzalanma tarixi və yeri ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edib.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spiketi Ruben Rubinyan deyib.

“Fikrimcə, proses o yerə çatıb ki, hər şey həll olunmağa çox yaxındır. Çünki biz bir neçə ildir ki, sülh sazişinin mətni üzərində danışıqlar aparırıq və bu barədə razılığa gəlmişik, yalnız imzalamaq qalır”, - Rubinyan bildirib.