
Politoloq: Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq
12:54 12.02.2025
Aktual
585
Nikol Paşinyan yaranan maliyyə itkisini Fransa hesabına doldurmağa çalışacaq
USAİD ləğv edildikdən sonra Ermənistan başqa maliyyə mənbələri axtarmalıdır. Paşinyanın hökumət maliyyəsi əhəmiyyətli dərəcədə kəsilir və onun ABŞ-dan dəstəyi təhlükə altındadır. O, bu problemlərini həll etməsə, gələcəkdə Ermənistanda başqası hakimiyyətə gələ bilər. Bunu rusiyalı politoloq Dmitri Solonnikov “Moskva-Bakı”ya müsahibəsində Paşinyanın ABŞ və Fransaya səfərini şərh edərkən deyib. O bildirib ki, ABŞ-da hakimiyyətə gələn Tramp Amerika büdcəsini mənimsəyən, müxtəlif ölkələrin müxtəlif rejimlərinə maliyyə göndərən strukturlarda korrupsiyaya qarşı mübarizə aparmağa başladı. Tramp yalnız ABŞ-ın konkret ölkə ilə qarşılıqlı əlaqədən hansı fayda əldə edəcəyi və bu ölkənin ABŞ-a nə verə biləcəyi ilə maraqlanır. Ermənistanın baş naziri ABŞ-a gələrək, “bizə kömək edin, biz çox yaxşıyıq” deyərək, maliyyənin davamlı olmasını istəsə, Tramp administrasiyasına maraqlı olmayacaq. Paşinyan kuratorlarından birini satsaydı və korrupsiya sxemlərindən danışsaydı, o zaman Tramp administrasiyası ilə razılığa gələ bilərdi. Bunu etməyibsə, o, açıq-aydın heç nəyə nail olmayıb. Ermənistan mətbuatında yayılan məlumatlara əsasən, Paşinyan heç bir məqsədinə nail olmadan Ermənistana qayıdıb və nəticədə o, ABŞ-da özünü düzgün aparmayıb. Görünür, Paşinyanın Trampa yanaşması o qədər də uğur qazanmayıb və Makronla danışıqlara gedib, çünki İrəvan hesab edir ki, Ermənistan hakimiyyətini dəstəkləməklə yaranan maliyyə boşluqlarını kimsə doldurmalıdır. Paşinyan ancaq Makrona arxalana və ondan daha çox pul və silah istəyə bilər. Bunun müqabilində o, bölgədə Fransanın daha çox iştirakını təklif edəcək.
Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a söyləyib ki, Donald Trampın hakimiyyəti dövründə Amerika Birləşmiş Ştatlarının siyasəti tamamilə dəyişib:

“Böyük biznesmen olan Tramp yalnız ölkənin iqtisadi maraqlarını güdür və burada ABŞ milli mənafeləri kontekstində məsələləri nəzərdən keçirir. Ermənistanın Baş naziri Nikol Paşinyan çox böyük istəklə ABŞ-yə səfər etsə də, səfərdən sonra yayılan məlumatlara görə,o, niyyətinə nail olmayıb. Çünki Ermənistanın dövlət büdcəsinin əhəmiyyətli bir hissəsi iyanələr, Qeyri Hökümət Təşkilatları və vətəndaş cəmiyyəti sektorunun fəallığı hesabına formalaşır. USAİD də daxil olmaqla bır sıra media qrumları və institutlar ABŞ rəhbərliyi tərəfindən olan maliyyədən məhrum olacaqlar. Dolayısı ilə həmin maliyyənin Ermənistan üzrə kəsilməsi də reallaşacaq. Nikol Paşinyan həqiqətən də Bayden administrasiyası dövründə törədilən fəaliyyəti ələ verməyib və bununla kifayətlənib. Bu isə yeni administrasiyanı qane etmir və bunun nəticəsində əhəmiyyətli resursdan Ermənistanın siyasi rəhbərliyi azad olacaq. Bu Ermənistan daxilində narazılıqlara, iqtisadi çətinliklərə və sosial problemlərin artmasına gətirib çıxara bilər. Dolayısı ilə də Nikol Paşinyanın hakimiyyətini təhdid altına salar. Ona görə də Nikol Paşinyan yaranan maliyyə itkisini Fransa hesabına doldurmağa çalışacaq. Lakin Fransa daxilində etirazlar, geosiyasi savaşlar, müstəmləkəçilik siyasətinin iflası və digər siyasi problemlər baş qaldırmaqdadır. Hazırki reallıqda Fransanın Ermənistanın iqtisadi problemlərini öz öhdəliyinə götürməsi inandırıcı görünmür. Hesab edirəm ki, Ermənistan real siyasət yürütməyə borclu olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya
Yerdən 23 dəfə ağır qeyri-adi planet aşkarlandı
09:19 21.08.2026
Maraqlı
Dünya bazarlarında neft ucuzlaşıb
09:09 21.08.2026
İqtisadiyyat
Çimərlikdə ilan panikası: Dənizdən sahilə çıxdı
09:01 21.08.2026
Hadisə
Bakının bu küçələrində sıxlıq var - SİYAHI
08:59 21.08.2026
Cəmiyyət
Çiçək xəstəliyinə qarşı peyvəndin izi Osmanlıya gedib çıxır!
08:53 21.08.2026
Sağlamlıq