İordaniya Kralı İlham Əliyevi Ramazan Bayramı münasibətilə təbrik edib

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevi Ramazan Bayramı münasibətilə təbrik edib.

Sherg.az xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Müqəddəs Ramazan bayramı münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.

Zati-alinizə ən xoş arzularımı bildirir, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm".