Baş katib: Fransa səsimizi boğmağa çalışır

“Fransa bizim səsimizi boğmağa çalışır”.

APA xəbər verir ki, bunu “Tavini Huiraatira” Partiyasının baş katibi Viktor Maamaatuaiahutapu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.

Baş katib qeyd edib ki, məcburi assimilyasiya ilə onlar mədəniyyətlərini itirə bilərlər: “Bu mədəni dağıntı əlbəttə, mənfi təsirlərin xalqımıza göstərəcək. Biz ədalət naminə mübarizə aparırıq. Mədəni irsizmizin qorunmasını, öz müqəddəratımızı təyin etmək hüququndan istifadə etmək istəyirik".