BTQ ilə Qvadelupanın Azadlığı Naminə Xalq Birliyi arasında memorandum imzalanıb

Bakı Təşəbbüs Qrupu ilə Qvadelupanın Azadlığı Naminə Xalq Birliyi (UPLG) arasında memorandum imzalanıb.

APA xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda BTQ ilə Qvadelupanın Azadlığı Naminə Xalq Birliyi (UPLG) arasında anlaşma memorandumunun imzalanması mərasimi baş tutub.

Memorandum BTQ-nin icraçı direktoru Abbas Abbasov ilə Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin baş katibi Jean-Jacob Bicep arasında imzalanıb.