Eugene Tetuanu: "Fransa diktaturasına dur deyək!"

"Mən bütün dənizaşırı ərazilərə çağırış edirəm, Fransa diktaturasına dur deyək!"

Oxu.Az xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda Yeni Kaledoniyadan olan nümayəndə Eugene Tetuanu deyib.

O çağırış edərək bildirib ki, bütün təhdidlərə, qeyri-insani davranışlara qarşı mübarizə aparmalıdırlar:

"Müstəmləkəçilər bizimlə pis rəftar edib, alçaldıblar. Biz ailəmizi, uşaqlarımızı, qadınlarımızı qorumaq üçün mübarizəmizi gücləndirməliyik, çünki biz ölüm təhdidi ilə üz-üzəyik. Bu məsələdə bizə öz dəstəyini göstərən Bakı Təşəbbüs Qrupuna təşəkkür edirik".