
Azərbaycanın BƏƏ ilə əlaqələrini artırması xüsusi önəm kəsb edir -AÇIQLAMA
12:57 08.04.2025
Siyasət
361
Aprelin 7-də xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb. Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, görüş zamanı, Azərbaycan-BƏƏ əməkdaşlığının siyasi, iqtisadi, ticarət, energetika, humanitar aspektləri, regional və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq, habelə bölgədə cari vəziyyət müzakirə olunub. İki ölkə arasında energetika, xüsusilə də alternativ enerji sahəsində aparılan işlər məmnunluqla qeyd olunub. İki ölkə arasında əməkdaşlığın inkişafında siyasi dialoqun, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub. Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb. Nazir Ceyhun Bayramov, qarşı tərəfi postmünaqişə dövründə regional bərpa və sülh gündəliyi barədə ətraflı məlumatlandırıb, mövcud çağırışlar, o cümlədən mina təhdidi, habelə Ermənistan Konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam etdirilən ərazi iddialarından bəhs edib.
Birləşmiş Ərəb Əmirliklərinin minasızlaşdırma sahəsində dəstəyinin, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi dəstəyin əhəmiyyəti məmnunluqla qeyd olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a bildirib ki, hazırda dünyada elə təlatümlü vəziyyət yaranıb ki, Donald Trampın tarix siyasətindən sonra qlobal münasibətlər konteksti zədələnib:

“İndi isə həmin zədənin ölümcül olub-olmayacağı bundan sonra alınacaq qərarlardan asılıdır. Məsələn, Donald Tramp qərarlarını geri çəkə bilər. Yaxud da Amerikada Tramp iqtidarından sonra vəziyyətin bərpa olunma ehtimalı var. Görünən odur ki, ikinci və üçüncü dərəcəli dövlətlər böyük sınaqlarla üz-üzə qalacaqlar. Böyük dövlətlər vətəndaşlarını və sərhədləri daxilində fəaliyyət göstərən şirkətləri müəyyən şəkildə resursları ilə müdafiə edə bilərlər, amma zəif ölkələrin öz dövlət büdcəsini necə qoruyacağı sual altındadır. Belə bir reallıqda Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığı xüsusi önəm daşıyacaq. Təkcə Birləşmiş Ərəb Əmirlikləri ilə deyil, bütün dövlətlərlə nə qədət münasibətlər yaxşı olsa, o qədər də müsbət hal kimi bizə geri dönəcək. BƏƏ enerji məsələlərində dünyanın ən önəmli ölkələrindən biridir. Eyni zamanda BƏƏ mədəni kimlik baxımından da Azərbaycanla yaxın ölkədir. Yaxın Şərqdə və bıra ərazilərdə baş verən məsələlərdə hər iki ölkənin maraqları eynidir. Belə olan halda Azərbaycanın iqtisadi, siyasi və mədəni sahələrdə BƏƏ ilə əlaqələrini artırması xüsusi önəm kəsb edir. Burada zərərli bir vəziyyətin olmasını gözləmək mümkünsüzdür. Çünki Birləşmiş Ərəb Əmirlikləri imperial nöqteyi nəzərdən çıxış edəcək və öz maraqlarını digərlərini əzərək həyata keçirəcək qədər böyük dövlət deyil. Azərbaycan heç kəsə diqtə etmir və yuxarıdan aşağı baxmır. Ona görə də burada bərabər, qarşılıqlı hörmətə əsaslanan yaxınlaşmadan söhbət gedir. Qarabağ bir çox zənginlikləri ilə Azərbaycanın sayılıb-seçilən bölgələrindəndir. Xüsusilə də işğaldan sonra bölgənin dirçəldilməsi baxımından Azərbaycan çalışır ki, çoxsaylı xarici tərəfdaş toplasın. Nə qədər çox dünya ölkələri bölgəyə cəlb olunsa, onlar Azərbaycanın ərazi tamlığını de-fakto qəbul edəcəklər. Yəni Qarabağın Azərbaycanın olma faktı dünyanın yaddaşına yazılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nəsimi "Qurtuluş"dan getməsindən danışdı
21:06 19.01.2026
Gündəm
Ərdoğan Suriya prezidentini atəşkəs münasibətilə təbrik edib
20:49 19.01.2026
Dünya
İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
20:27 19.01.2026
Rəsmi
Suraxanıda 9 kq narkotik aşkarlandı
20:10 19.01.2026
Hadisə
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət
“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
18:37 19.01.2026
Dünya
10 il axtarıldı, 1 kilometr aralıda tapıldı: Bin Ladenin son qalası
18:33 19.01.2026
Dünya
İranda 19 yaşlı futbolçu edam edilə bilər
18:26 19.01.2026
Dünya
“Dünya təhlükəli yola girib” - Səxavət Məmməd
18:18 19.01.2026
Dünya
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
18:13 19.01.2026
Gündəm