TÜRKPA-ya üzv parlamentlərin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclası keçirilir

Bakıda TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələrinin sədrlərinin ikinci iclası keçirilir.

APA xəbər verir ki, iclasda “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” müzakirə edilir.