Cənubi Qafqazda imzalanacaq sülh sazişi ölkələr üçün faydalı olacaq.
APA xəbər verir ki, bunu TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar deyib.
Son dönəmlərdə Ermənistan və Azərbaycan arasında təmasları görürük və dəstəkləyirik. Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətniylə bağlı razılıq əldə edilməsini məmnuniyyətlə qarşılayırıq”, - deyə Hulusi Akar vurğulayıb.