“Bir kəmər, bir yol”: Azərbaycan Çin üçün Cənubi Qafqazda mühüm tərəfdaşdır
"Birgə Bəyannamə, Azərbaycan-Çin münasibətlərində mühüm bir mərhələni ifadə edir və bu, tarixi hadisə kimi qiymətləndirilir".
Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin üzvü Şahin Seyidzadə deyib.
Deputat bildirib ki, bu sənəd iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini rəsmən təsdiq edir və bu hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açır:
"Azərbaycan və Çin arasında əməkdaşlığın spektri genişlənir. Artıq tərəfdaşlıq yalnız iqtisadi və ticarət deyil, siyasi, texnoloji, humanitar və təhlükəsizlik sahələrini də əhatə edir. Siyasi etimad artır, qarşılıqlı suverenliyə və daxili işlərə qarışmamaq prinsipinə əsaslanan əlaqələr daha da möhkəmlənir. Xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycan Çin üçün Cənubi Qafqazda mühüm tərəfdaşdır. Azərbaycanla Çin arasında münasibətlərin möhkəmləndirilməsi məqsədilə, qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk. Bu əməkdaşlıq ikitərəfli əlaqələrin daha da dərinləşməsinə, regionda sülh, sabitlik və inkişafın təmin olunmasına mühüm töhfə verir. Son illərdə Çin Azərbaycanın xarici ticarətində mühüm yer tutmağa başlayıb. 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan ilə Çin arasında ikitərəfli ticarət dövriyyəsinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə artımı müşahidə olunur. Bu artım nəticəsində Çin Azərbaycan üçün dördüncü ən böyük ticarət tərəfdaşı olub. Eyni zamanda, Çin Azərbaycanın ikinci ən böyük idxal mənbəyidir. Azərbaycanın əsas ixrac məhsulları arasında neft, neft məhsulları və qeyri-neft məhsulları yer alır".
Parlament üzvü bəyan edib ki, iki ölkə arasında ticarət əlaqələrinin inkişafında “Bir kəmər, bir yol” təşəbbüsü mühüm rol oynayır:
"Bu təşəbbüs çərçivəsində Orta Dəhlizin inkişafı, nəqliyyat və logistika sahəsində əməkdaşlıq, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən infrastruktur layihələrində Çin şirkətlərinin iştirakı nəzərdə tutulur. Bundan əlavə, Çin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrə maraq göstərir. Ümumilikdə, Çin ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı, hər iki ölkə üçün də strateji əhəmiyyət daşıyır və gələcəkdə bu əməkdaşlığın daha da genişlənməsi gözlənilir. Azərbaycan və Çin arasında iqtisadi, mədəni və turizm əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir. Xüsusilə, Çin vətəndaşlarının Azərbaycana səfərlərinin artması, ölkənin turizm sektorunun inkişafına və beynəlxalq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərir. Ümumilikdə, Çin dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Son onilliklərdə Çin, iqtisadiyyatını sürətlə inkişaf etdirərək, qlobal səhnədə mühüm bir rol oynayıb. İqtisadiyyatının böyüməsi ilə yanaşı, texnologiya, sənaye, ticarət və infrastruktur sahələrində də böyük irəliləyişlər əldə edib. Çin, həmçinin dünyanın ən böyük istehsalçısı və ixracatçısı ölkələrindən biri olmaqla, qlobal iqtisadiyyatda təsirini artırıb. Çinin iqtisadi inkişafı, əhalisinin böyük bir hissəsinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olub, ölkə həm daxili bazarda, həm də beynəlxalq arenada əhəmiyyətli iqtisadi və siyasi təsir gücü qazanıb. Hazırda Azərbaycan və Çin arasında əlaqələrin inkişafında əsas amillərdən biri də qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın təşviq olunmasıdır. Bu, yalnız siyasi deyil, həm də iqtisadi, mədəni, humanitar və texnoloji sahələri əhatə edir".
İsmayıl