Azərbaycanla Pakistan arasında imzalanan saziş təsdiq olundu

Milli Məclis Azərbaycanla Pakistan arasında imzalanan sazişi ratifikasiya edib.

Teleqraf xəbər verir ki, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasında müzakirə çıxarılıb.

Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi səsə qoyularaq qəbul olunub.