
CHP cinayət törədib, cəzasını almalıdır - ŞƏRH
13:02 07.07.2025
Siyasət
416
Azər Qasımov: “Korrupsiyaya bulaşmış CHP-lilər Ərdoğana nifrətin arxasında gizlənir”
Türkiyədə korrupsiya və qanunsuz əməllərdə ittiham olunan bələdiyyə sədrlərinə yönəlik əməliyyatlar davam etməkdədir. Adana bələdiyyəsinin sədri Zeydan Karalar və Adıyaman bələdiyyəsinin sədri Abdurrahman Tutdere barəsində həbs qərarı çıxarılıb. Hər iki şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və bələdiyyələrin inzibati binalarında axtarışlara başlanılıb.
Qeyd olunub ki, bəzi bələdiyyələrin yüksək vəzifəli şəxslərinə rüşvət verməklə tender proseslərini öz maraqları istiqamətində yönəltməsi ilə bağlı genişmiqyaslı istintaq davam etdirilir. Bundan öncə Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda da bələdiyyə idarəsində korrupsiya ilə bağlı əməliyyat keçirilib. Əməliyyat zamanı korrupsiya ittihamı ilə CHP-li bələdiyyə sədri Niyazi Nefi Kara da daxil olmaqla, bir neçə şəxs saxlanılıb. Ötən gün isə Türkiyə prokurorluğu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ qarşı təhqir və hədələmə ittihamları üzrə istintaqa başlayıb.

Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, CHP-nin Türkiyə siyasi arenasında tarixən oynadığı rol onlarda özlərinə qarşı toxunulmazlıq immunitetinin yaranması görüntüsü yaradıb. Ekspert bildirib ki, uzun on illər CHP Türkiyə siyasi arenasında hegemonluq edib:
"Təkpartiyalı Türkiyə dövrü adlanan dövrlərdə CHP digər partiyalara qarşı dözümsüz olmaqla yanaşı, eyni zamanda, sonralar bu hegemonluğunu hakimiyyətlərin devrilməsi, hətta Baş nazirin asılmasına kimi gətirib çıxarıb. Mərhum Adnan Menderes və komandasının bir neçə üzvü bu aqibəti yaşayıb. Partiyalar hakimiyyətə gəlsələr də, söz sahibi CHP olub. AKP-nin bu dövrə son verməsindən sonra CHP-də köhnə stereotiplər qalıb. CHP köhnə vərdişlərindən əl çəkməyib. Onlar özlərini toxunulmaz hesab ediblər. Elə CHP-li bələdiyyələrdə baş verən korrupsiya faktları bu toxunulmazlıq verdiyinin nəticəsidir. Hesab ediblər ki, həmişə dövlətin imkanlarını öz maraqları üçün istifadə edəcəklər, buna görə cəza almayacaqlar. İndi CHP-nin rəhbərliyinə və bələdiyyə başçılarına qarşı irəli sürülən ittihamlar da korrupsiyanın hansı səviyyədə olduğunu açıq göstərir".
Siyasi şərhçi vurğulayıb ki, həbs edilən CHP-lilər birbaşa cinayət törədiblər və buna görə də qanun qarşısında cavab verəcəklər:
"Azərbaycanlı şərhçilərin arasında bunu doğru hesab etməyənlərin əksəriyyəti Ərdoğana qarşı qərəzli mövqeyi olanlardır. Bu, eyni zamanda, Azərbaycan hakimiyyətinin də acığına edilir. Məsələ ondadır ki, Azərbaycan hakimiyyətinə dəstək verdiyi üçün Ərdoğan bəzi qərbpərəstlər tərəfindən sevilmir. Onun Azərbaycan xalqı və dövləti qarşısındakı dəstəyi görməzdən gəlinir. Hesab edirəm ki, CHP-nin bütün korrupsiyaya bulaşmış üzvləri qanun qarşısında cavab verməlidir. Türkiyə cəmiyyəti də bunu normal qəbul etməlidir".
Xəbər lenti
Hamısına bax
Qaz qoxusunu gül qoxusuna çevirən dərman yaradıldı
02:58 22.06.2026
Maraqlı
Əl sıxmadan danışıqlar: ABŞ–İran dialoqunda soyuq atmosfer
02:34 22.06.2026
Gündəm
Kuba inqilabının veteranı Ramiro Valdes Menendes vəfat edib
02:22 22.06.2026
Dünya
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
01:26 22.06.2026
Dünya
Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb
00:40 22.06.2026
Dünya
Günəşdə güclü partlayış oldu
23:33 21.06.2026
Maraqlı
Yamal Мessini geridə qoydu
22:33 21.06.2026
Futbol
İrandan Trampa cavab: Ordumuz hazır vəziyyətdədir!
21:57 21.06.2026
Region
DÇ-2026-nın iştirakçısı “Qarabağ”da
21:36 21.06.2026
Futbol
Sumqayıtda kişi meyiti aşkarlandı
20:32 21.06.2026
Hadisə
Tramp Starmerin istefa verəcəyini bəyan etdi
19:41 21.06.2026
Dünya
İran millisi FIFA-dan şikayətləndi
19:07 21.06.2026
Futbol
İsrail danışıqları pozmaq üçün fürsət gözləyir - Fidan
18:50 21.06.2026
Gündəm
Bunu İsraildən alıb, Suriyaya verəcəyəm – Trampdan şok
18:10 21.06.2026
Dünya
Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib
17:54 21.06.2026
Gündəm
Artıq bitdi, Polşaya cavab verəcəyik - Sibiqa
17:13 21.06.2026
Dünya