
Praktik sülhün təməli qoyulur -ŞƏRH
Yusif Nəzərli
05:24 12.09.2025
Siyasət
446
Qarşılıqlı səfərlər hərbi müşayiətsiz, diplomatik çərçivədə və qarşılıqlı razılıqla həyata keçirilib
Mustafayev və Qriqoryanın Zəngilan və Sünik bölgələrində apardıqları müşahidələr və müzakirələr sadəcə texniki xarakter daşımır
Azərbaycan və Ermənistan nümayəndə heyətləri dövlət sərhədində qarşılıqlı səfərlər həyata keçiriblər. Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdikləri nümayəndə heyətlərinin sərhədyanı bölgələrə, əsasən Sünik vilayəti (Zəngəzur bölgəsi – red.) və Zəngilan rayonuna səfərləri olub. Səfərlər zamanı bir sıra istiqamətlərdə müşahidələr aparılıb və nümayəndə heyətlərinin müzakirəsi baş tutub. Ekspertlərin qənaətincə, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin sərhədyanı bölgələrə qarşılıqlı səfərləri mühüm hadisədir. İstisna deyil ki, tərəflər bir müddətdir bənzər addımlar atmaqdadır. Sadəcə, sülhün qalıcı olması, kənar müdaxilə ehtimalları və təxribat cəhdlərini nəzərə alaraq "səssiz diplomatiya"ya üstünlük verirlər.
Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, baş nazir müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın rəhbərlik etdikləri nümayəndə heyətlərinin Zəngilan və Sünik bölgələrində apardıqları müşahidələr və müzakirələr sadəcə texniki xarakter daşımır. Ekspertin fikrincə, bu, əslində, postmünaqişə dövrünün reallıqları fonunda formalaşan praktik sülhün təməlidir:

"Məkan təsadüfi seçilməyib. Sünik (Zəngəzur) və Zəngilan SSRİ dövründə tərəflər arasında mühüm təmas və hərəkət nöqtəsi olub. Həm də bu gün maneəsiz hərəkət prinsipinin təmin edilməsi baxımından vacib nöqtədir. Başqa cür desək, bu ərazi gələcəkdə kommunikasiya xətlərinin açılması, nəqliyyat əlaqələrinin bərpası baxımından stratejidir. Bu bölgələrdə həyata keçirilən səfərlər və müşahidələr, həm də danışıqlar masasının reallıqlarla uyğunlaşdırılması, yəni kağız üzərindəki xəritələrin yerində təsdiqi anlamına gəlir. Hər iki tərəf üçün bu, təkcə coğrafi koordinatların dəqiqləşdirilməsi deyil, həm də sülhə gedən yolun necə görünəcəyini bərabər şəkildə anlamaq və qəbul etmək cəhdidir".
Analitik hesab edir ki, burada digər diqqətçəkən məqam da odur ki, bu qarşılıqlı səfərlər hərbi müşayiətsiz, diplomatik çərçivədə və qarşılıqlı razılıqla həyata keçirilib:
"Bu isə onu göstərir ki, hər iki paytaxt - Bakı və İrəvan prosesə konstruktiv və inam əsaslı baxır. Prinsipcə, tərəflər artıq reallığı qəbul edir. Bu səfərlər həmin reallığın qarşılıqlı tanınması və hüquqi rəsmiləşmənin icrası baxımından mühümdür. Təbii ki, prosesin arxasında dayanan geosiyasi amilləri də nəzərdən qaçırmaq olmaz. Regionda dəyişən qüvvələr balansı, beynəlxalq oyunçuların, xüsusilə də Avropa İttifaqı və ABŞ-nin artan marağı və Rusiyanın nisbətən passiv mövqeyi tərəfləri daha çox birbaşa dialoqa təşviq edir. Bu kontekstdə sərhədyanı səfərlər artıq vasitəçilərlə deyil, birbaşa, ikitərəfli siyasi iradə ilə formalaşan sülh modelinin konturlarını göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm