Dünya mediası yazdı: Ərdoğanın ABŞ-dəki əsas hədəfi...
08:50 22.09.2025
Siyasət
437
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasına qatılmaq üçün ABŞ-yə gedib. Səfərin ən önəmli mövzularından biri ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçiriləcək kritik görüşdür.
Sherg.az xəbər verir ki, dünya mediası Ərdoğanın səfərini diqqətlə izləyir.
İsrail mediasından "Jerusalem Post" yazır ki, Ərdoğanın ABŞ səfəri Ankara-Vaşinqton münasibətlərində kritik bir dönəmdir. Xəbərdə Ərdoğan və Tramp arasındakı tarixi yaxın münasibətlərin müdafiə sənayesində böyük fürsətlər yaratdığı qeyd olunur. Ərdoğanın xüsusilə F-16 və F-35 döyüş təyyarələrinin alınması kimi böyük müqavilələrə diqqət yetirəcəyi bildirilir. Bundan başqa, Ərdoğanın İsrail və Qəzza mövzularında diplomatik çəkisini ortaya qoyaraq regional siyasətlərini gündəmə gətirəcəyi vurğulanır. "Jerusalem Post" Türkiyənin bu səfərlə həm müdafiə, həm də regional strategiya sahəsində təsirini artırmaq istədiyini ön plana çıxarır.
Yunan mediasından "Pentapostagma" isə Ərdoğanın ABŞ səfərində F-35 proqramına yenidən daxil olmağı və ABŞ-dən təbii qaz tədarükünü prioritetləşdirdiyini yazır. Qəzet ABŞ-nin uzun müddətdir davam edən S-400 mübahisəsi səbəbindən Türkiyəni F-35 proqramından çıxardığını, amma Tramp dövründə bu vəziyyətin müsbətə çevrilə biləcəyini qeyd edir. Bundan başqa, Türkiyənin Liviya ilə iqtisadi əməkdaşlığı gücləndirdiyi, regional layihələrdə sabit rol oynadığına diqqət çəkilir. Ərdoğanın enerji sahəsindəki addımları ilə ABŞ və regional aktorlar qarşısında strateji mövqeyini möhkəmləndirmək istədiyi bildirilir.
Fransız mediasından "France24" Ərdoğanın Tramp ilə görüşünü hər iki tərəf üçün “strateji və ticari fürsət” adlandırır. Xəbərdə Ərdoğanın ABŞ ilə müdafiə sənayesi və ticarət sazişlərini gücləndirməyi, F-35 proqramındakı anlaşılmazlığı həll etməyi planladığı bildirilir. Ərdoğanın Qəzza və Fələstin məsələsini gündəmə gətirərək beynəlxalq aləmdə Türkiyənin lider rolunu vurğulayacağı, regional sabitlik və sülh mesajları ilə diplomatik çəkisini artıracağı qeyd olunur.
ABŞ mediasından "Bloomberg", Ərdoğanın ABŞ səfəri çərçivəsində Türkiyənin müdafiə sənayesində müstəqilliyini artıracağını və regional gücünü möhkəmləndirəcəyini vurğulayır. Bundan əlavə, Türkiyənin strateji addımlarla ABŞ qarşısında müdafiə və ticarət sahəsində güclü aktor kimi önə çıxdığını yazır.
İspan mediasından "Democrata", Ərdoğan-Tramp görüşünün ABŞ-Türkiyə münasibətlərində dönüş nöqtəsi ola biləcəyini yazır. Xəbərdə Türkiyənin F-35 proqramına qayıtmaq planları, ABŞ ilə ticarət və hərbi əməkdaşlığı önə çıxarılır. Həmçinin Ərdoğanın Tramp ilə görüşdə Qəzza və Fələstin məsələlərini gündəmə gətirərək regional sabitliyi gücləndirməyi hədəflədiyi bildirilir. "Democrata" Ərdoğanın strateji və diplomatik addımlarının Türkiyənin regional liderliyini möhkəmləndirəcəyinə diqqət çəkir.
ABŞ mediasından bir başqa mənbə olan "Northern BC", Ərdoğanın BMT Baş Assambleyasında çıxışına diqqət çəkərək Qəzzada yaşanan humanitar böhranın səsini dünyaya çatdıracağını və İsrailin hücumlarını gündəmə gətirəcəyini yazır. Ərdoğanın regional sabitlik və sülh mesajları verəcəyi, Tramp ilə müdafiə və ticarət mövzularında geniş görüşmələr aparacağı vurğulanır.
Ərdoğanın, hər il dünya liderlərini ABŞ-nin Nyu-York şəhərində bir araya gətirən BMT Baş Assambleyasında 23 sentyabrda çıxış edəcəyi planlaşdırılır.
BMT-nin 80-ci Baş Assambleyasında 15-ci dəfə çıxış edəcək Ərdoğanın nitqinin əsas mövzularının İsrailin Qəzzada həyata keçirdiyi soyqırımı, Fələstinin dövlət kimi tanınması və beynəlxalq aləmdə İsrailə qarşı atılacaq addımlar olması gözlənilir.
Zirvə çərçivəsində dövlət və hökumət başçıları ilə görüşlər keçirəcək Ərdoğanın 22 sentyabrda Fələstin Konfransında, 24 sentyabrda isə BMT İqlim Zirvəsində çıxış edəcəyi planlaşdırılır.
ABŞ Prezidenti Tramp ilə 25 sentyabrda Ağ Evdə baş tutacaq görüşdə isə gündəmin ən önəmli maddəsinin F-16 və F-35 döyüş təyyarələrinin tədarükü olacağı düşünülür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər həlak olub
23:39 08.08.2026
Dünya
Bugünkü reallıqlar İlham Əliyevin siyasətinin nəticəsidir - ŞƏRH
23:27 08.08.2026
Gündəm
Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
22:57 08.08.2026
Dünya
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm