Daşnak ideoloqlar informasiya müharibəsini davam etdirir - RƏY
15:46 20.10.2025
Siyasət
495
Bəybala Mirzəyev: “Sülh sazişi imzalansa belə, daşnaklar anti-Azərbaycan fəaliyyətindən əl çəkməyəcək”
"Ermənistanın bir dövlət kimi Azərbaycana qarşı təcavüzkar müharibə siyasəti aparması 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatından sonra dayansa da, daşnak xislətli erməni tarixçilərinin, jurnalistlərinin, ekspertlərinin ideoloji müstəvidə müharibəsi, informasiya savaşı davam edir".
Bu barədə Sherg.az-a araşdırmaçı-jurnalist Bəybala Mirzəyev deyib. Ekspert bildirib ki, daşnakların fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın haqq işini dəstəkləyən və ermənilərin Cənubi Qafqaza gəlmə xalq olduğunu dəstəkləyən əcnəbi araşdırmaçılara və onların əsərlərinə qarşı qaralama, gözdənsalma, linçetmə kampaniyası aparmaqdır:
"Litvalı tarixçi və siyasətçi Alqimantas Lekis də daşnak ideoloqlarının əsas hədəflərindən biridir. Çünki bu tarixçinin yazdığı "XX əsrdə Qafqazda xalqların köçürülməsi" adlı əsəri, həm Cənubi Qafqazın, həm də Şimali Qafqazın etnik-siyasi xəritəsinin XX əsrdə necə formalaşdığını və hansı kütləvi faciələrlə müşayiət olunduğunu tədqiq edən ciddi bir monoqrafiya kimi ermənilərin bir çox saxtakarlıqlarını ifşa edir. 2019-cu ildə vəfat etmiş Alqimantas Lekisin əsərinin sadəcə giriş hissəsində vurğuladığı fikirlər daşnak propaqandistləri o dərəcədə qəzəbləndirib ki, onlar nəinki bütövlükdə əsərin özünə və onun müəllifinə qarşı, hətta sözügedən əsərin giriş hissəsinə qarşı ayrıca məqalələr yazmaqdan, sosial mediada paylaşımlar etməkdən usanmırlar".
B.Mirzəyevin qənaətincə, bu da bir daha onu göstərir ki, hətta Ermənistan və Azərbaycan dövlətləri arasında nə vaxtsa yekun sülh sazişi imzalansa da belə, daşnak ideoloqlar anti-Azərbaycan xarakterli fəaliyyətlərindən heç vaxt əl çəkməyəcəklər:
"Eyni zamanda, Azərbaycanın haqqını müdafiə edən əcnəbilərə qarşı təzyiqləri davam etdirəcəklər. Deməli, biz də heç vaxt arxayınlaşmamalıyıq. Nəzərə almalıyıq ki, tarix üzərindən manipulyasiya aparmaq və dünya birliyini aldatmaq ermənilərin ən güclü silahlarından biridir. Bu istiqamətdə cavab arsenalımız və öz "yol xəritəmiz" olmalıdır. Tarix üzərindən təhlükəli oyunlar oynamağa və Cənubi Qafqazın tarixinə korrektələr etməyə qonşu gürcülərdə də güclü meyl var. Ümumiyyətlə, tarixə aşırı dərəcədə bağlanmaq, qapanmaq da xüsusi bir xəstəlik növüdür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya