
Aydın Sezer: Türkiyə İsrailə siyasi təzyiq göstərmək imkanına malik deyil
12:47 23.10.2025
Siyasət
609
Türkiyə-İsrail münasibətləri məhdud səviyyədə davam edir və tərəflər arasında diplomatik əlaqələrdə soyuqluq müşahidə olunur. 2010-cu ildən əvvəl iki ölkə arasında müdafiə və ticarət sahəsində əməkdaşlıq mövcud olsa da, sonrakı dövrdə bu münasibətlər zəifləyib.
Bu çərçivədə, Türkiyə Xarici İşlər Nazirliyi İsrail parlamentinin işğal altındakı İordan çayının qərb sahilini ilhaq etmək cəhdinə münasibət bildirərək, bu addımı beynəlxalq hüquqa zidd və regionda sabitliyi pozan hərəkət kimi qiymətləndirib. Nazirlik, həmçinin, Türkiyənin Fələstin xalqının hüquqlarını və paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləməyə davam etdiyini vurğulayıb.
Türk xarici siyasət üzrə ekspert Aydın Sezer Sherg.az-a açıqlamasında İsrail-Türkiyə münasibətlərinin əvvəllər müsbət halda olduğunu, indi isə mənfiyə doğru getdiyini bildirib:

"Türkiyə bu tip açıqlamaları sadəcə açıqlama xatirinə verir. Bundan əmin ola bilərsiniz. Çünki Türkiyə-İsrail münasibətləri, təəssüf ki, donmuş vəziyyətdədir. Hazırda İsraildə səfirimiz yoxdur. Çox ciddi problemlər və çətinliklər yaşanır, qarşılıqlı dialoq da mövcud deyil. Buna görə də Türkiyənin bu ümumi ifadələrlə İsraili qınaması və beynəlxalq hüquq baxımından onun atdığı addımları tənqid etməsi, təəssüf ki, praktik baxımdan heç bir əhəmiyyət kəsb etmir. Bunu təəssüflə qeyd edirəm. Halbuki, Türkiyə-İsrail münasibətləri 2010-cu ilə qədər çox yaxşı səviyyədə idi. Müdafiə sahəsində əməkdaşlıq mövcud idi, hətta İsrail pilotları Konyada təlim keçirdilər. Ticarət əlaqələri də çox əhəmiyyətli idi. Buna görə də Türkiyənin İsraildə sözü keçirdi, müəyyən çəkisi və təsiri var idi".
Ekspert bu münasibətlərin kəsilməsi nəticəsində Türkiyənin Qəzzə və Fələstindəki insanlara da yardım göstərə bilmədiyini söyləyib:
"Türkiyə sadəcə maddi baxımdan-dərman, qida, geyim və səhiyyə kimi sahələrdə yardım edə bilir. Onun xaricində İsrail üzərində siyasi təzyiq göstərmək imkanına malik deyil. Bu səbəbdən, sadəcə ümumi xarakterli açıqlamalarla hadisələri izləyir. Bu isə demək olar ki, hər bir ölkənin edə biləcəyi klassik bir açıqlamadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecə Rusiyada 430 Ukrayna PUA-sı vurulub
09:45 09.11.2026
Dünya
Tünd kişmiş cavanlaşdırır
09:41 09.11.2026
Sağlamlıq
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
09:27 09.11.2026
İqtisadiyyat
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv fərmanları imzalayacaq
08:58 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region