CHP sədri Kamal Kılıçdaroğlu İstanbul bələdiyyə seçkisinin nəticələri açıqlandıqdan sonra partiya önünə toplanan insanlara xitab edib və bir sıra açıqlamalar verib. Kılıçdaroğlu 23 iyun günü Cümhuriyyəti demokratiya ilə taclandırdıqlarını söyləyib:
"Bütün dünya son seçkidən sonra Türkiyə ilə qürur duydu. Əkrəm İmamoğlunu dəstəkləyən, ona səs verən hər kəsə təşəkkür edirəm. Xüsusən də meydanları qarış-qarış gəzən İYİ Partiya başqanı hörmətli Meral Akşənərə minnətdarlığımı bildirirəm.
Demokratiya mübarizəsini hamımız birlikdə yürütdük və milyonlarla bərabər bu sınaqdan üzüağ çıxdıq. Hər kəsi qucaqlayacağıq, hətta bizi tənqid edənləri də bağrımıza basacağıq. Heç kimə kin və nifrət bəsləməyəcəyik, bütün düşüncələrə sayğılı davranacağıq”.
Kılıçdaroğlu vurğulayıb ki, CHP bundan sonra sadəcə İstanbulun deyil, 82 milyonluq Türkiyənin problemləri ilə məşğul olacaq:
"Bizim rəhbərliyimiz dönəmində heç bir vətəndaşımız etnik kimliyindən, inancından və həyat tərzindən dolayı ayrıseçkiliyə məruz qalmayacaq. Hər kəsin milli mənsubiyyəti şəxsi şərəfi olacaq. Hamının inancına hörmət bəsləyəcəyik. Məqsədimiz birlikdə, hüzur içində yaşamaqdır. Əmin olun ki, bütün addımlarımızı demokratiyaya uyğun atacağıq, qanunsuz heç bir əməlimiz olmayacaq”.
İsmayıl