81 yaşlı icra başçısı istefa verdi: "Ərizəmi yazmışam"
10:27 31.10.2019
Siyasət
553
Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev vəzifəsindən istefa verib. Bu barədə Yenisabah.az-a Şəmsəddin Xanbabayevin özü bildirib.
“Artıq yaşlıyam. Ölkədə ciddi islahatlar gedir. Mən də Prezidentin çağırışına səs verərək istefa verməyi qərara aldım”, - deyə Şəmsəddin Xanbabayev əlavə edib.
O, digər yaşlı məmurların da ölkə başçısının çağırışına səs verəcəyinə ümdi etdiyini deyib.
“Belə də olmalıdır. Hər halda bunlar ölkədəki vəziyyəti, gedən inkişafı başa düşməlidirlər. Şübhəsiz ki, gənc nəsil daha yaxşı, yeni ideyalarla işləyəcək. Ona görə də bu çoxdan lazım idi. Mən bunu çox yüksək qəbul edirəm.
İndi öz aramızdır. Mən Ulu Öndərlə, Allah ona qəni-qəni rəhmət eləsin, prezidentimizlə işləmişəm. Mənə elə gəlir ki, vicdanla, namusla, qeyrətlə xidmət etmişəm.
Harada oluramsa-olum, evdə olum, pensiyada olum, yenə də möhtərəm Prezidentə və Heydər Əliyevin yoluna hörmətimi və dəstəyimi göstərməyə hazıram. Başqa cür ola da bilməz. Müstəqil Azərbaycana hər bir şəxs xeyir gətirməlidir. Bu bizim respublikamızdır. Bura ki, xarici ölkələrdən gəlib razı gedirlər, biz də işləməliyik də, qardaş”, - deyə o bildirib.
Şəmsəddin Xanbabayevin sözlərinə görə, artıq istefa ərizəsini təqdim edib. O, bundan sonra vaxtını nəvələri ilə keçirəcəyini deyib.
Qeyd edək ki, Ş.Xanbabayevin 81 yaşı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm
Bu həftə pulu çox, kefi kök olacaq BÜRCLƏR
08:48 03.08.2026
Cəmiyyət
Rihanna dayanmaq bilmir!
07:44 03.08.2026
Şou
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
07:07 03.08.2026
Sağlamlıq
Messi dünya çempionatından sonra meydana qayıtdı
06:36 03.08.2026
Futbol
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
05:15 03.08.2026
Aktual
Ariana anoreksiyadan əziyyət çəkir? – Foto
04:34 03.08.2026
Şou
Ölüm xəbərdarlığının fiziki və psixoloji əlamətləri
03:50 03.08.2026
Sağlamlıq
NASA-dan xəbərdarlıq: İri asteroid Yerə yaxınlaşır
03:13 03.08.2026
Cəmiyyət
İran və Səudiyyə rəsmiləri regionu müzakirə etdi
02:32 03.08.2026
Gündəm