Afina qəzəblidir: Türkiyə SAFE-lə strateji gücə çevrilir
15:42 16.09.2025
Siyasət
323
NATO-nun baş katibi Mark Ruttenin Türkiyənin Avropa İttifaqının nəhəng müdafiə layihəsi olan SAFE proqramına (European Security and Defence Initiative) qoşulmasına dəstək verdiyi iddiası Yunanıstanı təşvişə salıb. Yunan mediasının aparıcı qəzetlərindən olan "Kathimerini" bu hadisəni "Rutte, Türkiyəyə qırmızı xalça sərdi" başlığı ilə dərc edərək, bunun Ankaranın əlini gücləndirəcəyini və Afinada ciddi narahatlıq yaratdığını yazıb.
"Türkiyənin əməkdaşlığı vazkeçilməzdir"
"Kathimerini"nin xəbərinə görə, Rutte ötən cümə axşamı Aİ-nin Daimi Nümayəndələr Komitəsinin iclasında iştirak edərək, Türkiyənin SAFE proqramına daxil edilməsinə dolayı dəstək göstərib. O, Aİ üzvlərinə "Ankaraya etimad səsi verilməli" olduğunu deyib və Türkiyənin NATO-Aİ əməkdaşlığı üçün vazkeçilməz olduğunu vurğulayıb. Avropa Komissiyası ötən həftə Türkiyənin 150 milyard avroluq SAFE fonduna rəsmi müraciət etdiyini təsdiqləmişdi. Yunan mediasına görə, Ruttenin bu addımı həmin hadisəylə birbaşa bağlıdır. Xəbərdə NATO Baş katibinin prosesi sürətləndirməyə çalışdığı bildirilir.
"Ankara prosesin açar aktorudur"
Xəbərdə qeyd olunub ki, SAFE prosesində ən mübahisəli mövzulardan biri NATO-nun gizli və açıq hərbi standartlarıdır. Aİ-nin müdafiə sistemləri istehsal edə bilməsi üçün bu standartlara çıxış zəruri hesab olunur. Lakin gizli məlumatların paylaşılması üçün 32 NATO üzvünün yekdilliyi vacibdir. "Kathimerini"nin iddiasına görə, Ruttenin Aİ-yə açıq standartları əvvəlcədən ötürməsi Afinada narahatlıq yaradıb. Türkiyənin razılığı olmadan addım atıla bilməyəcəyi və buna görə də Ankaranın prosesin əsas aktoruna çevrildiyi vurğulanıb.
"Rutte Türkiyənin lehinə davranır"
"Kathimerini" həmçinin Ruttenin NATO-dakı fəaliyyəti müddətində tez-tez Türkiyənin xeyrinə mövqelər tutduğunu xatırladıb. Antalyada keçirilən NATO Xarici İşlər Nazirləri toplantısından sonra Almaniyanın "Eurofighter" qırıcılarının Türkiyəyə satışına icazə verməsi, Yunan mediası tərəfindən bu mövqeyin ən aydın nümunələrindən biri kimi göstərilib. Xəbərdə əlavə olunub ki, Türkiyə Ukraynanın müharibədən sonrakı bərpası üçün qurulan "könüllülər koalisiyasında" yer alıb. Fransa prezidenti Emmanuel Makron isə Ankaranın mümkün sülhməramlı qüvvəyə qatılmaq istəyini tez-tez gündəmə gətirib.
"Afina üçün narahatedicidir"
"Kathimerini" yazır ki, SAFE Avropanın yenidən silahlanma layihəsi çərçivəsində formalaşır və son qərar Aİ ölkələrinə məxsusdur. Lakin qəzet bildirir ki, Türkiyə SAFE-ə qoşularsa, həm milyardlarla avroluq fondlardan faydalanacaq, həm də NATO–Aİ xəttində strateji rol oynayacaq. Bu ehtimal isə Afina üçün “narahatedici” hesab olunur. Yunanıstanın Baş naziri Kiriakos Miçotakis, Türkiyənin SAFE proqramına qoşulmasına qəti şəkildə qarşı çıxacaqlarını bəyan etmişdi.
"SAFE" proqramı nədir?
Avropa İttifaqının müdafiə sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə həyata keçirilən SAFE (European Security and Defence Initiative) proqramı, üzv ölkələrin müdafiə sənayelərini birgə fəaliyyətə cəlb etməklə daha səmərəli və uyğunlaşmış güc yaratmağı hədəfləyir. Bu proqram çərçivəsində ortaq silah alımları, texnologiya inkişafı və hərbi potensialın paylaşılması təmin edilir, bununla da Avropanın müdafiə qabiliyyəti artırılır və xərclər azaldılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nadir hadisə: Saturn adi gözlə görünəcək
21:49 04.10.2026
Maraqlı
İranın neft naziri istefa verib
21:35 04.10.2026
Region
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
21:22 04.10.2026
Dünya
Ardıcıl 3 zəlzələ: Naci Görürdən kritik xəbərdarlıq - “Yaxınlaşır”
20:34 04.10.2026
Hadisə
2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar
20:19 04.10.2026
Gündəm
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
20:04 04.10.2026
Dünya
Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaradıb
19:47 04.10.2026
Dünya
Tasnim: İran İraqla hava əlaqəsini bərpa edib
19:33 04.10.2026
Dünya
Millətlər Liqası: Azərbaycan Litvanı Bakıda məğlub etdi
19:07 04.10.2026
Futbol
Əhməd Yusifov dünya çempionu oldu
19:07 04.10.2026
İdman
Braziliyada seçki mübarizəsi gərginləşib
19:05 04.10.2026
Dünya
Bakıda mənzildə meyit tapılıb
18:37 04.10.2026
Hadisə
Gonca Cilasun rol üçün 8 kilo arıqladı
18:31 04.10.2026
Mədəniyyət
Gəncədə iki nəfər zəhərlənib
18:19 04.10.2026
Hadisə
Sentyabr ayında Yerdə iki yeni ada yaranıb
18:14 04.10.2026
Maraqlı
Saytı dünyada ən çox ziyarət edilən futbol klubu AÇIQLANDI
18:04 04.10.2026
Futbol