
Almatı danışıqlarında nazirlər anlaşacaq -ŞƏRH
Almatı danışıqlarında nazirlər anlaşacaq -ŞƏRH
Yusif Sultanoğlu
06:57 01.05.2024
Siyasət
580
Güman ki, gələcək sülh sazişinin hansısa mühüm detalı müzakirə olunacaq
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində görüşəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. Onun sözlərinə görə, Qazaxıstan tərəfi Ermənistan və Azərbaycan nazirlərinin görüşünün təşkili təklifini verib və görüşün Almatıda keçiriləcəyi dəqiqləşib. Məlumat üçün bildirək ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib ki, Azərbaycan və Ermənistan arasında gözlənilən danışıqlar yalnız tərəflər arasında aparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir: "Həqiqətən də, Almatıda belə danışıqlar planlaşdırılır. Azərbaycan və Ermənistandakı həmkarlarımızla əlaqə saxlayırıq. Qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq. Astananın vasitəçiliyindən söhbət getmir. Biz yalnız “good office”, yəni xoşməramlı xidmətlər təqdim edirik". Onun sözlərinə görə, Qazaxıstan XİN məsələ ilə bağlı daha ətraflı məlumat verəcək: "Danışıqların tarixi hələ ki məlum deyil. Əgər tərəflər sülh əldə edərsə və bununla bağlı müvafiq razılaşma əldə olunarsa, bu, təkcə Qazaxıstana deyil, bütün regiona müsbət təsir göstərəcək".
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a açıqlamasında bildirib ki, Almatıda keçiriləcək danışıqlar sırf Azərbaycan və Ermənistan arasında xarici işlər nazirləri səviyyəsində görüşdür. Yəni ortada Astananın vasitəçiliyi deyə bir məsələ yoxdur:

"Güman ki, gələcək sülh sazişinin hansısa mühüm detalı müzakirə olunacaq. Nəzərə alaq ki, Qazaxıstan Azərbaycan və Türkiyənin Cənubi Qafqazla bağlı siyasətini qeyd-şərtsiz dəstəkləyir. Xüsusilə iki qardaş türk respublikasının Qarabağ və Zəngəzurla bağlı mövqeyi Qazaxıstan tərəfindən də qəbul olunur. Bir sözlə, Ankarada, yaxud Bakıda danışıqlar necə ola bilərsə, Almatıda da elə olacaq. Xüsusi olaraq diqqətə alınmalıdır ki, Qazaxıstan Prezidenti Tokayev bir müddət öncə Azərbaycana səfər etdi və ardınca İrəvanda oldu. Bütün bu prosesin arxasında Türkiyənin də rolu və nüfuzu nəzərə alınmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət