AMİP yetkilisi ilə analitik arasında qalmaqal: "Azər Rəşidoğlunun nədən Etibar bəyə kinli olduğunun səbəbini bilirəm"
Ayyət Əhməd
11:50 12.09.2019
Siyasət
809
"AMİP-in fəxri lideri Etibar Məmmədov haqqında mətbutada nəsə deyiləndə bir qrup adamlar dərhal hərəkətə keçərək, şər böhtan və qaralama kampaniyasının hərəkətverici qüvvəsinə çevrilirlər".
Bu sözləri Sherg.az-a Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Oruclu, siyasi şərhçi Azər Rəşidoğlunun Etibar Məmmədovla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Qeyd edək ki, A.Rəşidoğlu dünən Sherg.az-a E.Məmmədovun siyasətə qayıtması məsələsini şərh edərkən deyib ki, "Etibar Məmmədov siyasi keçmişdir, inanmıram ki, biznesini atıb siyasətə dönə". Həmçinin Rəşidoğlu AMİP liderinin siyasi arenaya qayıdarsa da, uğursuzluqla üzləşəcəyini bildirib.
Ə.Oruclu isə buna cavabında qeyd edir ki, E.Məmmədovun xeyli müddətdir aktiv siyasətə qayıdacağı ilə mediada və sosial şəbəkələrdə diskusiyaların aparılması və hətta gündəmi zəbt etməsi yenidən bu adamları əl-ayağa salıb:
"Mənim Azər Rəşidoğluna bir yazar kimi hörmətim var. Lakin Azər bəyin də xırda hisslərin güdazına gedərək, hay-küyçülərin ön cərgələrdəki yerini indakarcasına qorumasından təəssüf edirəm. Onun diqqətinə çatdırmaq istəyirəm ki, Etibar bəyin aktiv siyasətə gələcəyi xalqın və günün tələbidir. Sosial-siyasi sifarişdir. Siz də xırda-para hisslərinizdən, aludə olduğunuz qərəzinidən əl çəkib xalqın istək və tələbinin yanında olun. Mən Azər bəyin nədən Etibar bəyə bunca qızğın və kinli olduğunun əsil səbəblərini yaxşı bilirəm. Amma hörmət əlaməti olaraq açıqlanmasını istəmirəm. O, 1999-cu ildə "Millət" qəzetində çalışıb. Maraqlı şərhlərlə yazılarla çıxış edib. Azərbaycan mediasında da tanınan simalardandır. İstəməzdim ki, belə birisi şəxsi qərəzlik sindromundan uzun müddət əziyyət çəksin. "Şərq" qəzetində E.Məmmədovun aktiv siyasətə qayıdacağı ilə bağlı gedən müzakirələrə Azər Rəşidoğlunun bildirdiyi münasibətində də bu sindrom özünü açıq-aydın biruzə verdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm