“Amulsar qızıl mədəni ilə bağlı etirazlar şiddətlənib” - Paşinyan başını itirib
Turan
10:02 12.09.2019
Siyasət
790
“Ermənistanda Amulsar qızıl mədəni ilə bağlı etirazlar şiddətlənməkdədir. Mədənin istismara verilməsi Ermənistanda çayları və Sevan (Göyçə gölü – red.) gölünü çirkləndirməklə böyük ekoloji faciə yaşadacaq. Amma bütün bunlara baxmayaraq, Ermənistan rəhbərliyi “Lydian” şirkəti ilə müqavilə bağlayaraq mədənin istismarına davam etmək niyyətindədir. Burda bir sual meydana gəlir. Nəyə görə Paşinyan hökuməti mədəndə işin davam etməsinə israrlıdır ? !”.
Bunu “Sherg.az”a millət vəkili Azər Badamov deyib.
Onun fikrincə, birincisi ona görə ki, Ermənistan iqtisadiyyatına böyük gəlir gətirəcək ayrı mənbə yoxdur. Amulsar mədənin istismarı Ermənistanın ÜDM-də 185 milyon dollar artıma gətirməlidir:
“Təbii ki, iqtisadiyyatı çökmüş iflas içində yaşayan Ermənistan üçün bu çox böyük məbləğdir və bundan imtina etmək istəmir. İkincisi isə Ermənistan hökuməti mədənin istismarı ilə bağlı “Lydian” beynəlxalq şirkəti ilə müqavilə imzalayıb və lisenziya verilib. Əgər Ermənistan hökuməti bu şirkətə vermiş lisenziyanı ləğv edərsə, beynəlxalq təzyiqlə üzləşəcək və məhkəmələrdə Ermənistanı böyük məbləğdə cərimə gözləyir”.
Millət vəkilinin sözlərinə görə, eyni zamanda, bir beynəlxalq investora qarşı göstərilmiş ədalətsiz yanmaşma Ermənistana investisiya qoymuş digər şirkətlərdə də etibarsız məkan fikri formalaşdıracaq:
“Həm də lisenziyanın ləğvi Ermənistan ABŞ münasibətlərinə xələl gətirəcək. Beləliklə, Paşinyan başını itirib nə edəcəyini bilmir. Əgər Amulsar yatağının istismarını dayandırsa, beynəlxalq təzyiqlə qarşılaşacağı və böyük iqtisadi itkilərlə qarşılaşacağı gözlənilir. Əgər icazə verilsə, ölkədaxili siyasi vəziyyət gərginləşəcək. Təbii ki, bütün bunlar Ermənistanın gələcək perespektivinə yaxşı heç nə vəd etmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat