
Analitik: Fransa uzun illərdir Afrikada özünün müstəmləkə siyasətini həyata keçirir
Yusif Sultanoğlu
14:03 01.05.2024
Siyasət
532
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Vyana ofisində keçirilən “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfransda 20 ölkədən ekspertlər, siyasi fəallar, diplomatik korpusun nümayəndələri, qeyri-hökumət təşkilatlarının, eləcə də siyasi partiyaların üzvləri iştirak etdilər. Bu, bizim sayca 9-cu beynəlxalq konfransımızdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.
O bildirib ki, Bakı Təşəbbüs Qrupu bu il ərzində müstəmləkəçiliyə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransları bundan sonra da davam etdirəcək.
Konfransın ilk panelində assimilyasiyanın mənfi nəticələri və yerli əhalinin mədəniyyətinə, dininə, dilinə neqativ təsirləri barədə fikir mübadilələrinin aparıldığını vurğulayan Bakı Təşəbbüs Qrupunun rəhbəri tədbirdə səmərəli müzakirələrin həyata keçirildiyini qeyd edib.
Tədbir iştirakçılarının beynəlxalq təşkilatlara müraciətlər ünvanladıqlarını xatırladan A.Abbasov növbəti konfransların daha da səmərəli olmasına çalışacaqlarını deyib.
Eyni zamanda Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında da Fransanın kolonial siyasətinə toxunub.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib ki, Fransanın müstəmləkə siyasətini davam etdirməsinin arxasında bir neçə amil dayanır:

“Burada siyasi, iqtisadi və tarixi amillər də mövcuddur. Fransa uzun illərdir Afrikada və dünyanın bir sıra ölkələrində özünün müstəmləkə siyasətini həyata keçirir. Fransanın Afrika, hətta Asiya Sakit Okean bölgəsində olan regionlarda belə müstəmləkə siyasətini aparmasının arxasında iqtisadi amillər durur. Rəsmi Parisin daxilində təbii sərvətlər azdır. Fransanın bir regiona yerləşməsi digər regionlarda geostrateji maraqlarını zərbə altında qoya bilər. Ona görə Fransa Afrika və digər ərazilərdə əldə etdiyi iqtisadi imkanları, təbii sərvətlərin öz ölkəsinə daşınmasını həyata keçirir. Fransanın Afrikada yürütdütü kolanial siyasət nəticəsində hər il 500 000 000 dollara qədər bac toplayır. Həmçinin Fransa Birləşmiş Millətlər Təşkilatının (BMT) beş daimi üzvündən biridir. Ona görə də Fransaya qarşı hansısa qətnamənin çıxarılma cəhdləri prosesi ləngidir. Fransanın kolanial siyasətinə qarşı beynəlxaql müstəvidə mübarizə aparmaq lazımdır. Proseslər həmin müstəvidə gedərsə, uğurlu nəticələr verər. Bakı Təşəbbüs Qrupunun bu sahədə fəaliyyəti önəmli roy oynayır. Azərbaycanın atdığı addımlar region və regiondan kənar dövlətlər üçün xüsusi əhəmiyyət daşıyır. Fransanın müstəmləkəçilik siyasətinin qarşısının alınmasında Azərbaycan lazım olan tədbirləri indiyə qədər həyata keçirib. Bundan sonra da həmin proseslər davam edəcək. Eyni zamanda, Azərbaycanın bu addımlarına Fransanın kolanial siyasətindən əziyyət çəkən dövlətlər bizimlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı görünürlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm