Analitik: Serbiya Azərbaycanın dəstəyinə ehtiyac duyur
Analitik: Serbiya Azərbaycanın dəstəyinə ehtiyac duyur
Yusif Sultanoğlu
04:12 19.04.2024
Siyasət
380
Çünki Azərbaycanın qlobal oyunçular arasında güclü manevr qabiliyyəti mövcuddur
Xəbər verdiyimiz kimi, Serbiya dövlət başçısı Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Vuçiç son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib. Prezident İlham Əliyev Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam etdiriləcəyini vurğulayıb. Bu xüsusda, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub. Dövlət başçısı Serbiya rəhbərini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib. A.Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib. Söhbət zamanı Azərbaycan və Serbiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub və ölkələrimiz arasında əlaqələrin inkişafında yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti bildirilib.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Vuçiçin Əliyevdən dəstək istəməsi BMT-də aprelin 22-də Kosovo ilə bağlı keçiriləcək iclasla əlaqəli görünür. Ekspertin sözlərinə görə, ABŞ, Fransa, Almaniya da daxil olmaqla bir neçə BMT üzvü Srebrenitsa soyqırımını müzakirə etmək üçün qurumun Baş Assambleyasına qətnamə təqdim edir:
"Layihə mətninə əsasən, 2025-ci ildən başlayaraq 11 iyul tarixi Srebrenitsa hadisələrinə münasibətdə Beynəlxalq Düşüncə və Anma Günü kimi təyin ediləcək. Rusiya, Qərb və Çinin regionda güclənən və kəskinləşən mübarizəsinin arasında sıxışan Serbiya alternativ kömək axtarır. Kosovo məsələsi, Balkan regionunda Qərb, Rusiya və Çin arasında balans yaratmaq istəyi Serbiyanı xarici siyasətdə dilemmalarla üzləşdirir. Bu, Serbiyanın Kosovonun müstəqilliyinə etirazları və Bosniya və Herseqovinadakı etnik serblərin vəziyyətinə, eləcə də Qərblə münasibətlərinə aid yanaşmalarda özünü göstərir. Serbiya xarici və regional siyasətində Rusiya və Çinin maraqlarına getdikcə uyğunlaşma rejimini seçir. Bu, Qərbdə Pekinlə Moskvanın Balkan regionunda təsirlərinin artması barədə həyəcana səbəb olur. Əlavə olaraq, Rusiyanın planı Avropanı ABŞ təsirindən ayırmaq üçün Serbiya amilindən yararlanmağı əhatə edir. Məqsəd Avropanı öz daxilində bölmək, Moskva üçün etibarlı müttəfiq formalaşdırmaqdır. Bununla belə, Serbiya Avropa strukturları ilə hüquqi və institusional yaxınlaşmasını gücləndirmək səylərinə də ara vermir. Balkan regionunun münaqişənin astanasında olduğu dönəmdə Çin öz təsirini artırır. Serbiya xarici siyasət potensialını gücləndirmək üçün Azərbaycanın dəstəyinə ehtiyac duyur. Çünki Azərbaycanın həm qlobal oyunçular arasında güclü manevr qabiliyyəti mövcuddur, həm də onun Avropada nüfuzu enerji təhlükəsizliyinin işığında getdikcə yüksəlir. Ancaq Azərbaycan Balkan regionunda hər hansı münaqişədə qəti maraqlı tərəf deyil. Diplomatik və siyasi bəyanatlarla gərginliyi ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında azaltmağa çalışır. Balkan regionunda mümkün eskalasiya riskinin Cənubi Qafqazda səda doğurması yüksək ehtimal olaraq qalmaqdadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm