“Ankaranın alnı açıqdır” - Türkiyə törətmədiyi hadisəyə görə niyə cavab verməlidir?
Turan
08:30 17.12.2019
Siyasət
780
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanımasına sərt reaksiya verib. Prezident tarixdə “erməni soyqırımı” kimi bir hadisənin baş vermədiyini, bununla bağlı arxivdə faktların yer almadığını bildirib: “ABŞ Senatının 1915-ci ildə Osmanlı İmperiyasında baş verən olayları “soyqırım” kimi tanımasına cavab olaraq, biz də Amerika müstəmləkəsi dövründə hinduların soyqırımını tanıya bilərik. Həmin hadisələrlə əlaqədar bir milyondan çox sənəd açdıq. Gəlsinlər, oxusunlar.
Biz əllərimizdəki sənədlər əsasında danışırıq. Parlamentimizin eyni qərarları ilə sizə cavab verə bilərik. Bunu da edəcəyik. Amerika haqqında danışarkən hindular haqqında susmaq mümkündürmü? Bu, ABŞ üçün utancverici bir səhifədir”. Ərdoğan sanksiyalar və təzyiqlər davam edəcəyi təqdirdə İncirlik hərbi bazasının bağlana biləcəyini də istisna etməyib. Pentaqon Türkiyə prezidentinin təhdidini cavabsız qoymayıb. Vaşinqtondan bildirilib ki, ABŞ Türkiyənin hərbi bazalarını, o cümlədən İncirlik aviabazasını yalnız Ankaranın icazəsi ilə istifadə edir: “Biz Türkiyədəki qüvvələrimizin statusunu NATO üzrə müttəfiqimizlə əməkdaşlığımıza və onu qorumağa bağlılığımızın simvolu kimi görürük. Türkiyəni daha konstruktiv siyasət yürütməyə və bu münasibətləri qorumağa çağırırıq”.
İki NATO üzvünün bir-birini təhdid etməsinə münasibət bildirən Ağ Partiya başqanı Tural Abbaslı deyib ki, Amerikada ikihakimiyyətlilik hökm sürür. Partiya sədrinin sözlərinə görə, Donald Tramp prezident seçildikdən sonra Ağ Ev və Pentaqon arasında qarşıdurma var və gündən-günə dərinləşir:
“Dəfələrlə olub ki, ABŞ prezidenti ilə Amerikanın başqa hakim orqanlarının fikirləri bir-birini təkzib edib. Hətta şəxsən Türkiyə Prezidenti Ərdoğana münasibətdə Trampla Pentaqon arasında köklü fərqlər var. Odur ki, bu günlərdə saxta erməni “soyqırımı” ilə bağlı sənədin qəbulu təəccüblü deyil. ABŞ-dakı güc mərkəzlərinin bu sənədi qəbul etdirməkləri məsələnin bitməsi anlamına gəlmir. Tramp belə əsassız və qondarma məsələyə görə regionda, nisbətən isə dünyada gücə çevrilən Türkiyə ilə münasibətləri korlamaz. Onun bu sənədi təsdiqləyəcəyinə inanmıram”.
Analitikin sözlərinə görə, Türkiyə Cümhuriyyəti ona və onun şanlı tarixinə qarşı hörmətsiz yanaşan bu sənədi cavabsız qoymamalıdır: “İstər ABŞ, istərsə də bütün dünya anlamalıdır ki, Türkiyə ona qarşı haqsızlıqlara adekvat cavab verə biləcək gücdədir”.
T.Abbaslının fikrincə, Tramp bu sənədi təsdiqləsə belə, Türkiyə üçün heç nə dəyişməyəcək:
“ABŞ işğal etdiyi hazırkı torpaqlarda yerli hindulara, Vyetnam xalqına qarşı soyqırım etmişdi, ancaq buna görə heç kimə hesab vermədi. Türkiyə niyə törətmədiyi hadisəyə görə cavab verməlidir? Bu məsələdə Türkiyənin dünya qarşısında baş dik, alnı açıqdır. Tarixi saxtalaşdırmaq baş tutmaz. ABŞ Türkiyə ilə münasibətləri korlamaq istəmirsə, belə ucuz və provakativ addımlardan çəkinməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə