Artıq erməni kartı Türkiyə əleyhinə keçərli deyil
Yusif Nəzərli
11:26 30.07.2022
Siyasət
683
Qərb Ankaranın dünya düzəninin qorunub saxlanmasındakı rolunu dərk etməlidir
Türkiyə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 76-cı sədri, Maldiv adalarının Xarici işlər naziri Abdulla Şahidin Ermənistana səfəri çərçivəsində qondarma “soyqırımı” abidəsini ziyarət etməsinə sərt reaksiya verib. Türkiyə Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı bəyanatda bildirilib ki, rəsmi Ankara tarixi faktları və beynəlxalq hüququ siyasi manipulyasiya yolu ilə saxtalaşdırma cəhdlərini qınayır və rədd edir:
“Abdulla Şahidin Ermənistana səfərinin birtərəfli erməni tezisləri üçün alət olduğu və bu kontekstdə qondarma “soyqırım abidəsini” ziyarət etməsi anlaşılmaqdadır. BMT Baş Assambleyasına sədrlik kimi ədalətli və qərəzsiz bir vəzifəni üzərinə götürmüş adıçəkilən şəxs daha diqqətli və məsuliyyətli davranmalı idi. Təşkilatın səlahiyyətli orqanlarını təmsil edən şəxslər beynəlxalq hüquq norma və qaydalarına, xüsusən də BMT-nin 1948-ci il “Soyqırımın qarşısının alınması və cəzalandırılmasına dair Konvensiya”sına uyğun hərəkət etməlidirlər”. Türkiyə XİN vurğulayıb ki, 1915-ci il hadisələri ilə bağlı faktlar tam, ədalətli və dürüst bir çərçivədə müzakirə edilməlidir.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə bildirib ki, Abdulla Şahidin Ermənistana səfəri zamanı qondarma “soyqırım” abidəsini ziyarət etməsi Türkiyəyə qarşı ənənəvi siyasi təzyiq vasitəsidir. Partiya təmsilçisi qeyd edib ki, artıq bu sayaq ziyarətlərə alışmışıq:
“Lakin Qərb hələ də Türkiyənin dünya düzəninin qorunub saxlanmasındakı rolunu, əhəmiyyətini tam dərk etmir. Təxribat xarakteri daşıyan ziyarət Türkiyəni haqlı olaraq qıcıqlandırsa da, hüquqi təsiri olmadığı üçün əhəmiyyətsiz gediş sayılmalıdır. Baş Assambleya qanunverici orqan olsa da, qondarma “soyqırım” iddialarını tanımaq barədə hüquqi sənəd qəbul etməyib. Qərb və Rusiya bölgədə sülhün təmin olunmasında maraqlı görünsələr də, yanaşma tərzləri başqadır. Rusiya Qarabağda ümumən stabillik istəsə də, gələcəkdə problemi alovlandıracaq ip uclarının qalmasını istəyir. Qərb üçün isə problemin kimin xeyrinə çözülməsi fərq etmir. Qarabağ və ətraf rayonlarımız işğal altında olanda Qərb bizə təzyiq edirdi ki, “uduzmuş vəziyyətdəsiz və torpaqların geri qaytarılması perspektivi yoxdur”. Hazırkı durumda isə eyni tələblər Ermənistan qarşısında qoyulur. Fransa müharibədən sonra bir qədər atılıb-düşsə də, reallıqla razılaşmalı oldu”.
Politoloq vurğulayıb ki, Türkiyənin hərbi potensialının durmadan artdığı bir şəraitdə qondarma “soyqırım” iddiaları regionda elə bir şərait yarada bilər ki, Ermənistan dövlət olaraq tarixin səhnəsindən silinər:
“Onsuz da Qafqazda erməni dövlətçiliyi anlayışı olmayıb. Rusiyanın Türkiyə əleyhinə düzüb-qoşduğu bu ölkənin tarixi missiyası da sona çatıb. Artıq erməni kartı Türkiyə əleyhinə keçərli deyil. Bu yaxınlarda Rusiyanın Türkiyədən hərbi texnikaların alınması üçün danışıqlara başlaması xəbəri də münasibətlərin yaxınlaşmasına işarədir. Rusiya xüsusən “Bayraktar”ların alınmasına böyük maraq göstərir. F-35 qırıcılarını Türkiyəyə verməkdən boyun qaçıran Amerika bundan sonra bir daha düşünməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm