
Arutyunyan hansı məxfi məlumatlara sahibdir? -AÇIQLAMA
Yusif Nəzərli
14:46 11.12.2023
Siyasət
737
“Nikol Paşinyanın siyasi opponentləri bu gün Bakıda həbsdədirlər”.
Bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan deyib.
“Araik Arutyunyanı “artsax”da heç kim istefaya məcbur etməmişdi. Daha sonra gələn Samvel Şahramanyan da onun partiyasının üzvü idi, böyük fraksiyaları vardı. Araikin necə getdiyi ilə bağlı detallar bir gün üzə çıxacaq. O bu gün Bakıda həbsdədir və indiki Ermənistan hakimiyyəti ilə bağlı çox şeyi bilir. Hakimiyyətdəkilərin eşitmək istədiyindən də çox məlumata sahibdir. Bu, həmçinin Azərbaycanda olan digər keçmiş “prezidenlər”ə də aiddir”, – A.Xaçatryan bildirib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi-şərhçi Elmir Səftərov bildirib ki, Qarabağdakı qondarma rejimin mövcudluğunu davam etdirməsi üçün Ermənistan dövləti tərəfindən hər il müxtəlif adlarla milyonlarla dollar vəsait ayrılırdı:
“Nəticədə isə rəsmi İrəvan Qarabağdakı qanunsuz rejimin mövcudluğuna dəstək olaraq ondan Azərbaycana bir vasitə kimi istifadə edirdi. Vətən müharibəsindən sonra isə qondarma qurumun Ermənistandan asılılığı daha artdı.
Sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Qarabağda yaşayan erməni əsilli rus pasportlu şəxslərin Laçın dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə ölkəmizi tərk etməsi ilə bağlı məlumatlar yayılmışdı. Kadrlardan da görünürdü ki, onlar Azərbaycanı birdəfəlik tərk edirlər. Növbəti addım isə qondarma rejimin rəhbəri Araik Arutunyanın istefa verməsi oldu. Onun yerinə isə Samvel Şahramanyan gəldi. O, bu vəzifədən əvvəl Araik Arutunyan tərəfindən “dövlət naziri” təyin edilmişdi”.

Siyasi şərhçi S.Şahramanyanın cari ilin mart ayında Rusiya sülhməramlı qüvvələrinin qərargahında təmsilçi olaraq Azərbaycan nümayəndələri ilə görüşdə də iştirak etdiyini qeyd edib:
“Qeyd olunanlardan o nəticəyə gəlmək olar ki, Araik Arutunyan və ətrafı qondarma rejimin sonu gəldiyini anlayıb və yaxud da bu barədə onlara məlumatlar verilib. Bu səbəbdən də o, öz yerini Azərbaycan rəsmiləri ilə müəyyən qədər müzakirələrə meyilli göstərən Samvel Şahramanyana verdi. A.Arutunyan bilirdi ki, Azərbaycan dövləti Qarabağda da öz suverenliyini tezliklə təmin edəcək. Bu səbəbdən də müəyyən qədər istər Ermənistan dövləti, istərsə də, onu dəstəkləyən qüvvələr tərəfindən təzyiqlərdən kənarda qalmaq üçün formal olaraq istefa verdi”.
E.Səftərov antiterror tədbirlərindən sonra Qarabağdakı ermənilər bir mərkəzdən idarə olunduğu üçün ərazilərimizi hamılıqla tərk etdiklərini vurğulayıb:
“Bu da qanunsuz rejimin birbaşa Ermənistana bağlı olduğunu göstərən səbəblərdəndir. Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan və digərləri ölkəmizdə həbsdədirlər. Onların Ermənistanla əlaqələri onu deməyə əsas verir ki, həmin şəxslər məxfi məlumatlara sahibdirlər. İstər itkin düşmüş azərbaycanlıların taleyi, istərsə də mina xəritələrinin təxmini yeri ehtimal olunan məsələlər sırasındadır. Antiterror tədbirlərindən sonra Xankəndidə artıq fəaliyyəti dayanmış və təhvil-təslim prosesinə hazırlaşan separatçı rejimin məxfi sənədləri yandırması ilə bağlı məlumatlar yayılmışdı. Onlar bu yolla qanunsuz əməllərinin sübutu olan sənədləri məhv edib ört-basdır etməyə çalışdılar. Amma istənilən halda qondarma rejimin liderləri Azərbaycandadırlar və onlardan lazımi məlumatlar alınıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə