“Azərbaycan BMT-nin müxtəlif institutları ilə sıx əməkdaşlıq edir”
Yusif Nəzərli
11:43 18.03.2022
Siyasət
685
“Azərbaycan BMT və onun müxtəlif institutları ilə sıx əməkdaşlıq edir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, bu gün tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası və COVID-19 pandemiyasından sonrakı bərpa məsələləri müzakirə olunacaq.
“Dünya çətin bir dövrü yaşayır. Mövcud çağırışları həll etmək üçün çox səy göstərmək tələb olunur. Lakin bu, birgə səylər olmalıdır. Bu cür çağırışlardan biri də pandemiyadır”, - XİN rəhbəri deyib.
O, pandemiya zamanı Azərbaycanın 80-dən çox ölkəyə humanitar yardım göndərdiyini xatırladıb:
“Vaksin millətçiliyi”nin qarşısını almaq üçün çox işlər görmüş Azərbaycan Prezidenti COVID-19-a qarşı vaksinlərin bərabər paylanması kimi aktual mövzunu Qoşulmama Hərəkatı çərçivəsində dəfələrlə qaldırıb. Azərbaycan BMT-nin DİM-in icrasına verdiyi dəyəri yüksək qiymətləndirir və bu istiqamətdə fəaliyyətini davam etdirir”.
XİN rəhbəri vurğulayıb ki, Vətən müharibəsi başa çatdıqdan sonra məcburi köçkünlərin mümkün qədər tez doğma yurd-yuvalarına qayıtması üçün Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına başlayıb.
C.Bayramov mina sahələrinin bu ərazilərdə bərpa işlərinin sürətini azaltdığını deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya