Azərbaycan Ermənistana ikitərəfli danışıqlara başlamağı təklif edib – RƏSMİ
11:17 30.06.2021
Siyasət
653
Azərbaycan hazırda Ermənistanla dövlət sərhədi boyunca sərhəd nəzarəti infrastrukturu qurur. Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir.
Oxu.Az-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov QDİƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistanda revanşist ritorika ilə müşayiət olunan Azərbaycana qarşı nifrət ciddi narahatlıq doğurur.
“Ermənistandakı hakim və müxalif siyasi xadimləri birləşdirən anti-Azərbaycan nifrət nitqi kövrək normallaşma prosesini risk altına alır. Ermənistan, nəhayət, beynəlxalq humanitar hüquq, habelə üçtərəfli bəyanat çərçivəsində götürdüyü öhdəliklərini yerinə yetirməli və əlavə insan əzabının qarşısını almaq üçün minalanmış ərazilərin xəritələrini təqdim etməlidir”, - deyə o əlavə edib.
Nazir qeyd edib ki, Azərbaycan silahlı qarşıdurmanın sona çatması ilə yaranan sülh, təhlükəsizlik və əməkdaşlıq vizyonunu reallaşdırmaq üçün QDİƏT də daxil olmaqla, beynəlxalq ictimaiyyətin maksimum səy göstərməsini gözləyir.
“Azərbaycan ortaya çıxan fürsətlərin Təşkilat və ayrı-ayrı üzv dövlətləri tərəfindən lazımi səviyyədə başa düşüləcəyini və adekvat şəkildə qiymətləndiriləcəyini arzulayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya