Azərbaycan “Keşikçidağ” məbədini gürcü zəvvarlar üçün açır
09:07 10.10.2019
Siyasət
728
Azərbaycan Gürcüstanla sərhəddə yerləşən və bir müddət əvvəl iki ölkə arasında müəyyən gərginliyə səbəb olan “Keşikçidağ” monastrını yenidən gürcü zəvvarların ziyarətinə açır.
Virtualaz.org xəbər verir ki, bu barədə Bakıdan səfərdən qayıdan Gürcüstan baş naziri Giorgi Qaxariya hökumətin iclasında bildirib.
Azərbaycan ərazisində yerləşən "Keşikçidağ" məbədinə gediş-gəliş bu ilin iyul ayında bir qrup Gürcüstan vətəndaşının törətdiyi təxribatdan sonra dayandırılmışdı.
“Sabahdan etibarən “David Qareci” (“Keşikçidağ”) kompleksindəki məbədlər Gürcüstan zəvvarları üçün açıq olacaq. Təəssüflər olsun ki, Gürcüstan və Azərbaycan arasındakı sərhəddə razılaşdırılmamış sahələr var. Bu, bizim postsovet irsimizdir və problem 25 il ərzində həll olunmayıb”, deyə hökumət başçısı vurğulayıb.
Baş nazir qeyd edib ki, “Keşikçidağ” məsələsində mərhələli şəkildə ciddi nailiyyətlər əldə edilməlidir.
G.Qaxaria Gürcüstan vətəndaşlarını Keşikçi dağ məsələsi ilə bağlı hər bir addım və sözdə məsuliyyətli və ehtiyatlı davranmağa çağırıb: “Vətənə qarşı sevgi və vətənpərvərlik yalançı vətənpərvərlik ifadələri və düşünülməmiş addımlar demək deyil”.
Xatırladaq ki, Giorgi Qaxariya baş nazir təyin olunandan sonra ilk səfərini Azərbaycana edib. Ötən gün o, Bakıda prezident İlham Əliyevlə danışıqlar aparıb. Tərəflər iki ölkə arasında dostluq və qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıblar.
Baş nazirin səfəri ərəfəsində gürcü Patriarxı II İlya Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə sərt müraciət ünvanlayaraq Bakını “Keşikçidağ” monastırına girişi açmağa çağırmışdı.
Hazırda iki ölkə ekspertləri Gürcüstanla Azərbaycan arasında dövlət sərhədinin mübahisəli hesab edilən sahələri üzrə araşdırmaları davam etdirir. Azərbaycan Dövlət Sərhəd Xidməti isə bu günlərdə “Keşikçidağ”da iri sərhəd zastavasını istifadəyə verib, sərhədin həmin hissəsinin mühafizəsi gücləndirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hindistanda daşqında ölənlərin sayı 85-ə çatıb
19:03 03.08.2026
Dünya
Almaniyada yeni virus yayıldı
18:56 03.08.2026
Sağlamlıq
Baş müşavir: Ərdoğan yenidən namizədliyini irəli sürə biləcək
18:38 03.08.2026
Gündəm
Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edəcək
18:25 03.08.2026
Elm və Təhsil
İranda din qanlı rejimin edam maşınına çevrilib - İlahiyyatçı
18:08 03.08.2026
Gündəm
Tramp: Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib
17:57 03.08.2026
Dünya
Ermənistanın yeni hökuməti təsdiqləndi
17:47 03.08.2026
Region
Dövlət komitəsi Kəlbəcərdə qəbiristanlıqlara baxış keçirib
17:41 03.08.2026
Gündəm
Simonyanın gedişi Azərbaycan üçün müsbət siqnaldır - Ermənişünas
17:39 03.08.2026
Gündəm
İyulda hava iqlim normasından yuxarı olub
17:30 03.08.2026
Ekologiya
Çolpon-Ata Bəyannaməsi Türk dünyasının gələcəyinə yol açır - ŞƏRH
17:28 03.08.2026
Gündəm
İsrail Prezidenti: HƏMAS tam tərksilah edilməlidir
16:15 03.08.2026
Dünya
XİN: 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub
16:09 03.08.2026
Gündəm
Zərif: Belə getsə, Çin də İrana qarşı çıxacaq
15:47 03.08.2026
Dünya