Azərbaycan - Laos: mina sahəsində təcrübə mübadiləsi
11:05 24.08.2024
Siyasət
415
Laos Xalq Demokratik Respublikasına səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladovun Laosun Baş nazirinin müavini, xarici işlər naziri Saleumxay Kommasiz ilə görüşüb.
Bu barədə "Sherg.az"a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, Azərbaycan nümayəndə heyəti Laosun Mina və Partlamamış Hərbi Sursat Təhlükəsinə Qarşı Mübarizə üzrə Milli Tənzimləmə Qurumunun direktoru vəzifəsini icra edən Bounfenq Sisavats ilə görüş keçirib. Görüşdə Laosun Partlamamış Hərbi Sursatlar üzrə Milli Proqramının nümayəndələri də iştirak edib.
Qeyd edilib ki, Laos uzun illərdir partlamamış hərbi sursatlar təhlükəsi ilə üzləşən ölkələr sırasındadır və görüşlərin keçirildiyi hər iki təşkilat əsasən partlamamış hərbi sursatların təmizlənməsi üzrə zəngin təcrübəyə malikdir. Görüşlərdə bu sahədə də qarşılıqlı təcrübə mübadiləsi və əldə edilən nailiyyətlərin öyrənilməsinin əhəmiyyətinə toxunulub.
"Görüşlərin məqsədi mina və partlamamış hərbi sursatların təhlükəsi ilə mübarizə istiqamətində beynəlxalq səylərin, qabaqcıl təcrübələrin araşdırılması, birgə təlim imkanlarının dəyərləndirilməsi, təcrübə mübadiləsinin aparılması, birbaşa və sıx əlaqələrin yaradılmasından ibarət olub. Görüşlər zamanı Azərbaycan nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərin partlayıcı qurğularla kütləvi şəkildə çirklənmə miqyası, mövcud problemin aradan qaldırılması istiqamətində icra edilən genişmiqyaslı minatəmizləmə fəaliyyəti barədə məlumat verib. Beynəlxalq resursların cəlb olunmasının önəmi və tərəfdaşlığın əhəmiyyəti, eləcə də mina və partlamamış hərbi sursatların təhlükəsi ilə mübarizə istiqamətində təlim və təcrübə mübadiləsinin vacibliyi bildirilib", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - GÜNDƏM
19:48 09.07.2026
Gündəm
Əraqçi: ABŞ-nin yeni hərbi avantüralarının nəticələri olacaq
19:37 09.07.2026
Region
"Qarabağ" "Vestri"yə qarşı: Start heyətlər açıqlandı
19:28 09.07.2026
Futbol