
Azərbaycan-Pakistan strateji tərəfdaşlığı həm regionda, həm də dünyada sülhə xidmət edəcək -ŞƏRH
10:22 24.02.2025
Siyasət
560
"Pakistan İslam Respublikası ilə Azərbaycan Respublikası arasında siyasi-diplomatik, iqtisadi-ticari, hərbi və müdafiə, mədəni və humanitar sahələrdə münasibətlər daha da inkişaf edir, dərinləşir".
Bunu "Sherg.az"a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan deyib.
Ekspert bildirib ki, yeni perspektivlər və strateji hədəflər var:

"Hər iki ölkə arasındakı əlaqələrin davamlı yenilənməsinə, mövcud siyasi, iqtisadi duruma uyğun münasibətlərin, qarşılıqlı təkliflərin müzakirəsinə ehtiyac var. Pakistan prezidenti Şahbaz Şərif hazırda Azərbaycanda rəsmi səfərdədir. Əsasən, iqtisadi əməkdaşlıq sahəsində yeni ticarət marşrutlarının açılması və investisiya imkanlarının artırılmasıyla bağlı münasib addımların atılması zərurəti yaranıb . Enerji, kənd təsərrüfatı və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərə bilər. Eyni zamanda hərbi sahədə, müdafiə sənayesi, birgə təlimlər və strateji layihələr vasitəsilə əməkdaşlığın gücləndirilməsi də əsas hədəflərdəndir".
Analitik vurğulayıb ki, Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, 44 günlük Vətən müharibəsi dövründə də ölkəmizə hərtərəfli dəstəyini əsirgəməyib:
"Mədəniyyət və təhsil sahəsində də əlaqələrin genişlənməsi, tələbə mübadiləsi və humanitar layihələrin artırılması da vacib amillərdəndir. Pakistanın müsəlman ölkəsi olaraq, həm də Türkiyə Cümhuriyyəti ilə sıx dostluq, qardaşlıq əlaqələri eyni zamanda bir çox məsələlərdə üçtərəfli əlaqələrin də inkişafını, harmoniyasını tarazlayır. Hesab edirəm ki, bu kimi amillər ölkələrimizin strateji əhəmiyyətini artıraraq həm regionda, həm də dünyada sülhə, sabitliyə xidmət edəcək, qarşıda duran məsələlərin həllinə töhfə verəcək. Son zamanlar pakistanlı turistlərin də ölkəmizə axını artıb. Ölkəmizdən də Pakistana turist səfərlərinin səmərəli təşkili və bu sahəni daha da əhatəli etmək üçün turizm sahəsində də yeni işlər görülməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya