
Azərbaycan Səudiyyə Ərəbistanıyla da münasibətləri genişləndirmək istəyir -ŞƏRH
13:35 26.02.2025
Siyasət
448
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud arasında geniş tərkibli görüş keçirilib.
Bu barədə Azərbaycan XİN paylaşım edib.
Görüşdə iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə regional və beynəlxalq qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq da görüşdə əsas müzakirə mövzusu olub.
Nazir Ceyhun Bayramov regionda münaqişədən sonrakı vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti, mövcud çağırışlar, o cümlədən Ermənistanın konstitusiyasında təsbit olunmuş ərazi iddialarının davam etdirilməsi barədə ətraflı məlumat verib.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a bildirib ki, son zamanlar bütün dünyada dövlətlər arasında münasibətlər ya pozulur, ya da yaxşılaşır:

“Yəni ənənəvi dövlət siyasətləri müəyyən qədər dəyişir. Azərbaycan da dünyada baş verən dəyişikliklərin fərqindədir və xarici siyasətini buna uyğun yenidən formalaşdırır. Yeniliyin əsasını isə Azərbaycanın bütün dünya dövlətləriylə bərabər hüquqlu əməkdaşlıq şəraitində yaşamaq niyyətidir. Bakı məhz bu prizmadan xarici siyasətini həyata keçirməyə çalışır. Azərbaycanın dünya siyasətinə baxışı daha da genişlənib. Azərbayanın əlaqələri artıq Cənubi Qafqaz, Mərkəzi Asiya və müəyyən Avropa ölkələri ilə sərhədlənmir, xarici siyasət xətti Çinə, Şimali Afrikaya, Cənubi Koreyaya və Yaxın Şərqin bütün dövlətlərinə qədər uzanır. Səudiyyə Ərəbistanı da həmin siyasi xəttin bir hissəsini təşkil edir. Azərbaycan Suriya, Çin, Cənubi Koreya ilə əlaqələr qurduğu kimi Səudiyyə Ərəbistanıyla da münasibətləri genişləndirmək istəyir. Ceyhun Bayramovun Səudiyyə Ərəbistanına səfəri bu siyasətin daha uğurlu olmasına fokuslanıb. Səudiyyə Ərəbistanı OPEC-in əsas ölkələrindən biridir. Azərbaycan da neft satan ölkə olaraq OPEC ilə əməkdaşlığı yüksək qiymətləndirir. Eyni zamanda enerji və neft-qaz ehtiyatlarına malik olan ölkələrlə əlaqələri inkişaf etdirməkdən yanadır. Sözügedən görüşdə də əsas müzakirə mövzusu bunlardan ibarət olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm
Ölkədə 163 uşaq ölü doğulub - RƏSMİ
18:01 09.10.2026
Cəmiyyət
Xəzəri xilas etməyin yolu var - Hidroloq 3 əsas səbəbi açıqladı
17:53 09.10.2026
Ekologiya
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
17:40 09.10.2026
Gündəm
Akif Aşırlı: "Biz şəriət dövləti istəmirik”
17:36 09.10.2026
Gündəm