Azərbaycan və Oman XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
10:53 11.12.2023
Siyasət
446
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycan Respublikası və Oman Sultanlığı Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin 5-ci raundunda iştirak etmək məqsədilə dekabrın 10-da Oman Sultanlığında səfərdə olub.
XİN-dən APA-ya verilən xəbərə görə, siyasi məsləhətləşmələrdə Oman Sultanlığının nümayəndə heyətinə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini şeyx Xəlifə bin Əli Əl-Harisi rəhbərlik edib.
Məsləhətləşmələr zamanı siyasi, iqtisadi-ticarət, enerji, humanitar, parlamentlərarası əlaqələr sahələrində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan və Oman arasında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, ticarət dövriyyəsinin həcminin artırılmasına dair fikir mübadiləsi aparıb və parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Görüş zamanı Azərbaycanla Oman arasında əməkdaşlığın müxtəlif aspektlərini əhatə edən və həllini gözləyən məsələlərlə bağlı işlərin sürətləndirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi və iki dost ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi barədə razılıq əldə olunub.
Tərəflər iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayıblar.
Oman xarici işlər nazirinin müavini ölkəsinin Körfəz Əməkdaşlıq Şurası çərçivəsində də Azərbaycanla faydalı əməkdaşlıq edəcəyinə inamını ifadə edib.
Görüşdə Azərbaycan və Oman arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsi razılaşdırılıb.
Azərbaycan xarici işlər nazirinin müavini omanlı həmkarını Cənubi Qafqaz regionunda postmünaqişə dövründə gedən proseslər, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin gedişatı barədə məlumatlandırıb.
Y.Rəfiyev Azərbaycanın qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirdiyini və ölkəmizdə yaxın gələcəkdə keçiriləcək qlobal əhəmiyyətli beynəlxalq tədbirlərdə Oman tərəfinin də yüksək səviyyədə iştirak edəcəyinə əminliyini ifadə edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə