Azərbaycan və Ukrayna ombudsmanları arasında onlayn görüş keçirilib
Yusif Nəzərli
15:06 30.11.2022
Siyasət
518
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets arasında videokonfrans formatında görüş keçirilib.
Ombudsman Aparatından "Report"a bildirilib ki, görüş zamanı insan hüquqlarının müdafiəsi sahəsində qurumlar arasında qarşılıqlı əlaqələrin inkişafı istiqamətləri müzakirə edilib. Tərəflər həmçinin iki ölkə vətəndaşlarının hüquqlarının səmərəli müdafiəsi sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Ukraynadakı mövcud müharibə səbəbindən bu ölkənin Azərbaycana gələn vətəndaşlarının hüquqlarının müdafiəsi barədə danışarkən Ombudsman qaçqın və məcburi köçkünlərin, miqrantların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyət, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin informasiya əldə etmək hüququ ilə bağlı hazırlanmış bukletlər haqqında həmkarına məlumat verib və həmin bukletlərin eyni zamanda Ukrayna dilinə də tərcümə edildiyini qeyd edib.
Beynəlxalq hüquq çərçivəsində ölkələrin ərazi bütövlüyünə hörmətin əsas meyar olduğunu vurğulayan S.Əliyeva regionda davamlı sülh, əmin-amanlıq və inkişafın təmin olunması ilə bağlı ombudsman və milli insan hüquqları təsisatlarının əməkdaşlığının vacibliyini qeyd edib. Bu baxımdan qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə bağlı uzun illərin təcrübəsinə malik olan Azərbaycan Ombudsman təsisatının bu istiqamətdə təcrübələrini bölüşməyə hazır olduğu bildirilib.
Görüşdə S.Əliyeva Ukraynada saxlanılan və hazırda barələrində məhkəmə prosesi davam edən Azərbaycan vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin vəziyyətlərindən narahatlığını bildirərək, onların hüquqlarının təmin olunması ilə bağlı məsələni bir daha həmkarının diqqətinə çatdırıb. Azərbaycan Ombudsmanının bununla əlaqədar əvvəlki müraciətləri nəzərə alınaraq qeyd olunan şəxslərin hüquqlarının təmini vəziyyətinin nəzarətdə saxlanıldığı bildirilib.
Yekunda iki qurum arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində səylərin artırılacağına dair razılıq əldə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq