
Azərbaycanla Afrika dövlətləri arasında çoxşaxəli münasibətlər mövcuddur -Millət vəkili
10:57 04.06.2025
Siyasət
507
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Villiam Samoei Ruto tərəfindən qəbul edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə iqtisadiyyat, ticarət, təbii sərvətlər, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Qarşılıqlı yüksək səviyyəli səfərlərdə və əlaqələrdə son dinamika, həmçinin regional və beynəlxalq çərçivədə əməkdaşlığın gücləndirilməsi məmnuniyyətlə qeyd edilib.
Azərbaycan XİN başçısı həmçinin münaqişədən sonrakı regional vəziyyət, Azərbaycanın yenidənqurma və sülh gündəliyi barədə qarşı tərəfi məlumatlandırıb.
Millət vəkili Ceyhun Məmmədov Sherg.az-a bildirib ki, Azərbaycan son illərdə Afrika ölkələri ilə olan əlaqələrini əhəmiyyətli dərəcədə inkişaf etdirir:

"Bu gün Azərbaycanla Afrika dövlətləri arasında siyasi, iqtisadi və mədəni sahələrdə çoxşaxəli, sıx münasibətlər mövcuddur. Hər iki tərəf bu əməkdaşlığın daha da genişlənməsi və möhkəmləndirilməsi üçün ciddi səylər göstərir. Bu çərçivədə Afrika ölkələrinin bir çox yüksək səviyyəli nümayəndə heyətləri Azərbaycana rəsmi və işgüzar səfərlər həyata keçiriblər. Bu səfərlər həm qarşılıqlı anlaşmanın dərinləşməsinə, həm də ortaq maraqlara əsaslanan əməkdaşlıq imkanlarının araşdırılmasına şərait yaradıb. Azərbaycan və Afrika ölkələri arasında qurulan bu əməkdaşlıq platforması bir sıra mühüm sahələri – ticarət-iqtisadi əlaqələri, siyasi dialoqu, mədəni mübadilələri, təhsil və humanitar təşəbbüsləri əhatə edir. İki tərəf arasında həyata keçirilən ortaq layihələr və təşəbbüslər, qarşılıqlı faydalı münasibətlərin gələcəkdə daha da güclənəcəyini göstərir. Bu cür əməkdaşlıq Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun və mövqeyinin daha da güclənməsinə, eləcə də ölkəmizin qlobal siyasi və iqtisadi proseslərdə daha fəal iştirakına təkan verir".
Parlamentari əlavə edib ki, bu münasibətlərin dərinləşməsi Afrika ölkələri ilə qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan əlaqələrin inkişafında mühüm rol oynayır:
"Nəticə etibarilə, Azərbaycanla Afrika ölkələri arasında yaranan bu yaxın münasibətlər ölkəmizin dayanıqlı inkişafına, beynəlxalq əməkdaşlıq potensialının genişlənməsinə şərait yaradır".
Fidan Fərhad
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya