"B planı" baş tutdu
07:11 23.06.2021
Siyasət
7237
Rusiya Paşinyanın qələbə qazanmasında maraqlı olub
"Əgər yeni baş nazir öhdəliklərdən yayınarsa, Rusiya parlamentdəki müxalifətin əliylə ona daha ciddi təzyiq etmək imkanı qazanacaq"
Ermənistanda 2 il 6 ay 9 gündən sonra növbədənkənar parlament seçkiləri keçirildi. Seçkilərin nəticələrinə görə, Nikol Paşinyanın başçılıq etdiyi Vətəndaş Razılaşması Partiyası qalib gəlib. Qeyd edək ki, seçkilərdə 4 siyasi partiya və 21 siyasi blok iştirak edib. 2 milyon 578 min seçicidən 1 milyon 281 min 174 nəfəri, yaxud seçicilərin 49,4 faizi səsvermədə iştirak edib. Bəs seçkilərdə Rusiya kimin tərəfində idi? Rusiya Nikol Paşinyanın seçilməsini istəyirdimi və seçkilərin hazırkı nəticələri onu qane edirmi?
Sualımızı cavablandıran Ədalət Partiyası sədrinin müavini, politoloq Elxan Şükürlü "Şərq"ə açıqlamasında vurğulayıb ki, Nikol Paşinyanın 20 iyun seçkilərində qalib gələcəyi, yenidən Ermənistanın Baş naziri seçiləcəyi gözlənilən idi. O qeyd edib ki, bu, ilk baxışdan nə qədər paradoksal görünsə də, elə Rusiyanın da marağında idi:
"Çünki Rusiyanın dəstək verdiyi siyasi qüvvələrin noyabr və dekabr aylarında, ən sonda isə hərbçilərin fevralın sonunda Paşinyanı devirmək və seçkilərə getmək cəhdləri uğursuzluqla nəticələnmişdi.
Bu səbəbdən Rusiya mart ayından etibarən, Ermənistanda siyasətini dəyişməyə və “B planı”na keçidə məcbur qaldı – öz qüvvələrinin Paşinyanın nəzarəti altında erkən seçkilərə getməsinə razılaşdı. Xatırlayırsınızsa, məhz mart ayının ortalarında Paşinyan iyunda növbədənkənar seçkilərə gediləcəyini açıqladı və aprelin əvvəlində isə Putinlə görüşə yollandı...
Mənim təxminlərimə görə, Paşinyanın aprelin 7-də Putinlə görüşündə əsas məsələlər, o cümlədən də seçkilərlə bağlı atılacaq addımlar razılaşdırılmışdı. Böyük ehtimalla, bu görüşdə Paşinyan 10 noyabr və 11 yanvar razılaşmalarının icrasını seçkilərdən sonra yerinə yetirmək, həmçinin Rusiyayönümlü qüvvələri əsas müxalif siyasi güc kimi parlamentə keçirmək öhdəliyi götürüb və bunun qarşılığında da Rusiyadan hansısa zəmanətlər alıb".
E.Şükürlü əlavə edib ki, 20 iyun seçkilərinin gedişi və nəticələrə reaksiyalar da göstərir ki, Rusiya bu mərhələ üçün məhz Paşinyanın qələbə qazanmasında, onun Baş nazir kimi imzaladığı 10 noyabr və 11 yanvar razılaşmalarının icrasını təmin etməkdə maraqlı olub:
" Rusiya özünə gərəkli olan, üzərində hansısa planlar qura biləcəyi əsas siyasi fiqurlarının hamısının - Koçaryanın, Sarkisyanın, Vanetsiyanın və tərəfdarlarının artıq yeni Ermənistan parlamentində təmsilçiliyinə nail olub. Bundan sonra Paşinyan öhdəliklərindən yayınacaqsa, Rusiya parlamentdəki müxalifətin əliylə ona daha ciddi təzyiq etmək imkanı qazanacaq. Eyni zamanda, 10 noyabr və 11 yanvar razılaşmalarının icrası Paşinyanın nüfuzdan düşməsinə səbəb olacaqsa da, ehtiyat fiqur kimi həbsdən çıxarılıb parlamentdə əyləşdirilən Koçaryanı daha asan yolla hakimiyyətə gətirmək olacaq. Fikrimcə, Ermənistandakı seçkilərin hazırkı nəticəsi Rusiyanı tam qane edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm