
Bakının qətiyyəti və iradəsi ortadadır
Yusif Nəzərli
12:35 15.06.2023
Siyasət
641
Qazaxın yeddi kəndinin Azərbaycana qaytarılması delimitasiya və demarkasiya prosesində öz həllini tapacaq Bu gün Qazax rayonunun Aşağı Əskipara kəndinin işğalından 31 il keçir.
Qazax rayonunun Aşağı Əskipara kəndi 14 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Aşağı Əskipara yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağın ətəyindədir. Kəndin tarixinin Albaniya dövlətinin yaranma tarixi ilə üst-üstə düşdüyü təxmin edilir. Yəni eramızdan əvvəl 3-cü minilliyi əhatə edir. Bunu kənddə yerləşən alban kilsəsi də sübut edir.Kənddə XVI əsrə aid dəyirman və VI-VII əsrə aid alban kilsəsi vardı.
Aşağı Əskipara kəndinin əhalisi 1317 nəfərdir. Əhali kənd işğal olunmamışdan əvvəl, əsasən, maldarlıq və əkinçiliklə məşğul olurdular. İşğaldan sonra isə Qazax rayonunun müxtəlif hissələrində məskunlaşıblar.
Qeyd edək ki, Qazax rayonunun düşmənlə sərhəddə yerləşən Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır.
Politoloq Azər Rəşidoğlu isə “Sherg.az”a açıqlamasında deyib ki, media bu məsələni daima gündəmdə saxlamalıdır: “10 noyabr anlaşmasından sonra Qazaxın yeddi kəndinin azad ediləcəyi fikri hakim idi. Çox təəssüflər olsun ki, bu məsələ 10 Noyabr bəyannaməsində göstərilmədi. Bəyanatda olmasa da, bu məsələ də şifahi razılaşmada müzakirə edilib. Biz bu məsələdə qətiyyət göstərməsək, İrəvan 7 kənd məsələsini Azərbaycanın xeyrinə həll etməyəcək. Bu mövzu daim diqqətdə saxlanılmalıdır. Burada Naxçıvanın Kərki kəndinin azad edilməsini də unutmalı deyilik. Qazaxın 7 kəndində mülki əhali qalmayıb və Bakı istənilən yolla həmin ərazini azad edə bilər. Bu prosesin nə qədər çəkəcəyini söyləmək çətindir. Bəzi texniki məsələlər var ki, həll olunması lazımdır. Yəqin ki, bir müddət proses davam edəcək. Lakin Ermənistanın da başqa çıxış yolu yoxdur. Bu proses həm də regionda yeni nəqliyyat-kommunikasiya marşrutlarının yaradılmasının tərkib hissəsidir, buna görə də Qazax-İcevan dəmir yolunun açılması da sonrakı gedişatlarda müzakirə oluna bilər”.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov da “Sherg.az”a deyib ki, Qazaxın yeddi kəndinin Azərbaycana qaytarılması delimitasiya və demarkasiya prosesində öz həllini tapacaq: “Buna heç bir şübhə ola bilməz. Bu anklavlar Ermənistan tərəfindən qanunsuz şəkildə işğal edilib. Nikol Paşinyan da öz açıqlamalarında bu kəndlərin Azərbaycana qaytarılacağını etiraf edib. Delimitasiya komissiyaları ilə bağlı İşçi qrupunun növbəti iclaslarında Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin taleyinə birmənalı aydınlıq gətiriləcək. Azərbaycan bu məsələnin həllində öz qətiyyətini və iradəsini nümayiş etdirib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya